Şriftin ölçüsü :

Saytın rəngi :

Karantin qaydalarına nəzarət ilə bağlı reydlər davam edir

31 iyul 2020 | 16:00

İsmayılıda mobil qrupların reydləri davam etdirilir. Rayonda karantin rejiminin qaydalarına əməl olunması ilə əlaqədar gün ərzində ticarət və iaşə obyektlərinə baxış keçirilir həmçinin yas mərasimlərinin sahibləri ilə görüşülərək qaydalar izah olunur, vətəndaşlarla maarifləndirici söhbətlər aparılır, pulsuz tibbi maskalar paylanılır.

27-29 iyul tarixlərdə ümumilikdə 700-dən çox obyektdə reyd keçirilib. Onlardan 21-nə xəbərdarlıq edilib.  Eyni zamanda karantin qaydalarına əməl etməyən 600-dən çox vətəndaşa xəbərdarlıq olunub, onlardan 7-sinə cərimə yazılıb.

 

Keçidlər