Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı könüllüləri səyyar “ASAN xidmət”ə kömək edir

03 iyul 2020 | 16:00

İsmayıllı gəncləri səyyar “ASAN xidmət”in fəaliyyətində könüllü olaraq iştirak edir. Beləki, “ASAN xidmət”in səyyar “ASAN avtobus”u iyul ayı ərzində ismayıllılara xidmət göstərəcək. Bu müddətdə Gənclərin İnkişaf və Karyera Mərkəzinin rayondakı könüllüləri səyyar xidmətin əməkdaşlarına kömək edəcək.


Onlar İsmayıllı Uşaq-Gənclər İnkişaf Mərkəzinin binasında vətəndaşların qeydiyata alınması, koronavirus təhlükəsinə qarşı sosial məsafənin və tibbi maskadan istifadənin təmin edilməsinə yardımçı olur.

Keçidlər