Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı məktəbliləri fənn olimpiadalarının Respublika turunun qalibidir

16 iyun 2020 | 16:00

İsmayıllı rayon ümumtəhsil məktəblərinin 9 nəfər şagirdi Respublika fənn olimpiadalarının finalında uğur qazanıb.Təhsil Nazirliyinin Təhsil İnstitutu tərəfindən keçirilən olimpiadalar 3 mərhələdən ibarət olub. Birinci mərhələdə İsmayıllıdan IX-XI siniflər üzrə 590 şagird 8 fənn üzrə müsabiqədə iştirak edib, onlardan 104-ü zona mərhələsinə vəsiqə qazanıb. Zona mərhələsində Azərbaycan dili, biologiya, coğrafiya, kimya, tarix fənlərindən mübarizə aparan şagirdlərimizdən 13-ü finala vəsiqə qazanıb.

Finalda qalib olmuş məktəbliləri təqdim edirik:

Möhübova Yeganə – II yer (2 saylı tam orta məktəb) Azərbaycan dili,

Ağayev Raul – II yer (6 saylı tam orta məktəb) Azərbaycan dili,

Səfərli Əbülfəz – II yer (Lahıc qəsəbə tam orta məktəbi) Coğrafiya,

Namazova Lamiyə – II yer (3 nömrəli məktəb-lisey) Coğrafiya,

Salehova Aytən – II yer (3 nömrəli məktəb-lisey) Coğrafiya,

Abbaszadə Arzu – III yer (Talıstan kənd tam orta məktəb) Biologiya,

Aslanov Tamerlan – III yer (Sumağallı kənd tam orta məktəb) Coğrafiya,

Babayev Rəşad – III yer (6 saylı tam orta məktəb) Kimya,

Mikayılova Ləman – III yer (2 saylı tam orta məktəb) Tarix

Keçidlər