Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda daxili imkanlar hesabına tibbi maska istehsalına Basqal qəsəbəsi də qoşuldu

06 aprel 2020 | 16:00

Rayonumuzda tibbi maska çatışmazlığını aradan qaldırmağa dəstək olmaq məqsədilə, İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının təşəbbüsünə Basqal qəsəbəsi də qoşulub.

Təşəbbüsə ilk olaraq İsmayıllı Peşə Tədris Mərkəzinin təşkilatçılığı ilə, Mərkəzin könüllüləri  qoşularaq  tibbi maskaları  hazırlayaraq əhaliyə pulsuz paylanılmasına başlayıblar.  Daha sonra isə təşəbbüsə Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi, Kürdmaşı bələdiyyəsi və “Nur” Qadın İnkişaf Qrupu qoşulublar.

Əhatə dairəsi genişlənən aksiyaya 04 aprel tarixindən Basqal qəsəbəsi də qoşulub. Basqal qəsəbəsində hazırlanan 200-dən çox maska qəsəbə sakinlərinə pulsuz paylanılıb.  Tibbi maskaların əhaliyə pulsuz paylanılmasında rayon gənclərindən ibarət könüllülər fəal dəstək veriblər.

Rayonun digər yaşayış məntəqələrinin də bu aksiyaya qoşulması nəzərdə tutulub.

Keçidlər