Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı məktəbliləri dünyaya səsləndi

04 aprel 2020 | 16:00

İsmayıllı məktəbliləri dünyaya səsləndi

      “Evdə Qal” kampaniyasına Təhsil Nazirliyi “Evdə Qal dərsdən qalma”, Mədəniyyət Nazirliyi “Evdə Qal musiqidən qalma”, Gənclər və İdman Nazirliyi “Evdə Qal, idmandan qalma” aksiyaları ilə qoşulub.

Başladılan bütün bu aksiyalara İsmayıllı müəllimləri və  şagirdləri  qoşularaq öz töhvələrini verirlər. “Evdə Qal, dərsdən qalma” aksiyasından bəhrələnən İsmayıllı şagirdləri ingilis dilində  bütün dünyaya səslənərək,  hazırladıqları video çarxla məktəbliləri təhsildən qalmamağa çağırıblar. Şagirdlər ingilis dilində səsləndirdikləri “Stay at home! Don’t miss lessons!” (“Evdə qal, dərslərdən qalma”) şüarı ilə dünya şagirdlərini dərsdən qalmamağa, həmrəyliyə və birliyə səsləyiblər.

VİDEO

 

Keçidlər