Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda virtual rəsm müsabiqəsi keçirilib.

04 aprel 2020 | 16:00

İsmayıllı rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Dövlət Rəsm Qalereyasının birgə təşkilatçılığı ilə  xalqımızın yaddaşında qəhrəmanlıq səhifəsi kimi qalmış Aprel döyüşlərinə həsr olunmuş rəsm müsabiqəsi keçirilib. Son günlər Respublikada fəaliyyət göstərən mədəniyyət müəssisələri Koronavirus (COVİD - 19) infeksiyasının yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə kütləvi tədbirlərin, görüşlərin dərs prosesinin dayandırılması ilə əlaqədar olaraq   fəaliyyətlərini  əsasən  internetin geniş imkanlarından istifadə  etməklə  qurmağa  çalışırlar. Bununla bağlı olaraq  Heydər Əliyev Mərkəzi və Rəsm qalereyasının elan etdikləri rəsm müsabiqəsidə virtual olaraq keçirilib. Müsabiqə, hər iki  müəssisədə  fəaliyyət göstərən rəsm dərnəklərinin üzvləri arasında keçirilib. Dərnək üzvləri  vətənpərvərlik, milli  mənəvi dəyərlərimizin təbliği mövzusunda rəsmlər çəkiblər.

Keçidlər