Şriftin ölçüsü :

Saytın rəngi :

“Evdə Mən” adlı foto müsabiqə

03 aprel 2020 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi,  İsmayıllı Rayon Gənclər və İdman idarəsi və İsmayılı Gənclərin İnkişaf və Karyera Mərkəzinin birgə təşkilatçılığı ilə “#EvdəMən” adlı foto müsabiqənin icrasına başlanılmışdır.

Foto-müsabiqənin şərtləri:
Müsabiqədə 14-29 yaş arası foto həvəskarlar evdə qaldıqları dövürdə hansı işlə məşğul olduqlarını əks etdirən mövzuda çəkdikləri fotoları təqdim etməklə iştirak edə bilərlər. Təqdim olunan fotolar rəngli , eləcədə ağ-qara ola bilər. Hər bir foto aşağıdakı məlumatla müşaiət olunmalıdır.

1. Müəllifin adı və soyadı, təvəllüdü;
2. Fotolar elan verildiyi müddətdən 30 aprel tarixinə qədər çəkilməlidir;
3. Bir müəllifdən 1-dən artıq iş qəbul edilmir;
4. İnternetdən başqalarına məxsus fotoların mənimsəniməsinə icazə verilmir;
5. Fotolarda loqotiplərdən, brendlərdən və imzalardan istifadəyə icazə verilmir;
6. İctimai, mənəvi və etik normaları pozan fotoların iştirakına icazə verilmir;
7. Foto-redaktorda işlənmiş fotolar qəbul edilmir.

Qaliblər müvafiq mükafatlar əldə edəcəklər, bütün iştirakçılar sertifikatlarla təltif ediləcəklər.
Fotolar 30 aprel 2020-ci il tarixinə qədər ismayilligii@mys.az  elektron ünvanına mövzu yerinə “Foto müsabiqə” qeyd edilməklə göndərilməlidir. Qeyd olunan tarixdən gec göndərilən foto-şəkillər qəbul edilməyəcək.

Əlavə məlumat almaq üçün İsmayılı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayıl Faxtiyevlə əlaqə saxlaya bilərsiniz. Əlaqə nömrəsi: 055 933-71-01

  #EvdəMən

Keçidlər