Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda onlayn dərslər davam edir.

30 mart 2020 | 16:00

“Biz bir yerdə güclüyük”  çağrışı vətəndaşlarımız arasında həmrəyliyin, həmçinin çətin anlarda, eləcə də çıxılmaz vəziyyətlərdə birgə təşəbbüslərimizin mövcud dar zaman şəraitində dünyanı ağuşuna almış pandemiyaya indiki məqamda qalib gəlmək üçün cənab Prezident İlham Əliyev tərəfindən irəli sürülən ən həlledici əhəmiyyətə malik şüardır. 
Koronovirus təhlükəsi Dünya Səhiyyə Təşkilatı tərəfindən diqqətə alınan  bir ümumbəşəri pandemiyadırsa, təbii ki, Azərbaycan ilk növbədə öz vətəndaşlarını qorumaq, həmçinin qlobal miqyasda onunla mübarizə aparmaq anlamından kənarda qala bilməz. Vətəndaşlarımızı, xüsusən gələcəyimiz olan məktəblilləri qorumaq üçün Nazirlər Kabineti, o cümlədən Təhsil Nazirliyi tərəfindən bütün təhsil müəssiələrinə xəbərdarlıq edilib. Məktəblərin fəaliyyəti müvvəqəti olaraq dayandırılıb. Bütün ümumtəhsil məktəblərində dezinfeksiya işləri aparılıb.
Təbii ki, şagirdlər qapalı mühitdə, tədris müəssisəsində olarkən, dezinfeksiya işlərinin aparılması doğru olmazdı, çünki dezinfeksiya işi aparılanda bir başqa fəsadın yaranmasına səbəb ola bilər. Hər bir müəllim anlayır ki, məktəblərin müvvəqəti bağlanması itirilmiş dərslərin konpensasiya edilməsi üçün şagirdlərlə onlayın dərslərin keçirilməsini labüd edir. Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təşəbbüsü ilə itirilmiş dərsləri əvəz etmək üçün teledərslərə start verilib. Məqsəd  koronavirus (COVİD - 19) infeksiyasının yayılmasının qarşısının alınması ilə bərabər, tədris prosesində davamlılığın təmin edilməsi idi.
Məlumdur ki, təhsil cəmiyyətin inkişafını, hərtərəfli tərəqqisini şərtləndirən başlıca amillərin ən əsasını təşkil edir. Hələ o zamanlar təhsili millətin gələcəyi adlandıran ümumilli lider Heydər Əliyev, təhsilimizin gələcəyini onun keyfiyyətinin yüksəldilməsində və müasir texnologiyaların bu sahəyə geniş tətbiqində görürdü. Elmi-intellektual cəmiyyətin formalaşmasında müəllimlərin rolu danılmazdır. İsmayıllıda fəaliyyət göstərən müəllimlər peşəkarlıqları və pedaqoji mədəniyyətləri ilə  xüsusi fərqlənirlər. 
Koronavirus təhlükəsi ilə bağlı ümumitəhsil məktəblərində dərslər dayandırıldıqdan sonra bütün İsmayıllı məktəblərinin müəllimləri də şagirdlərlə online olaraq dərsləri davam etdirir, onların dərslərdən geri qalmaması üçün əllərindən gələn fədakarlığı edirlər. Rayonun əksər yaşayış  məntəqəsində sürətli internetin olması imkan verir ki, müəllimlər və şagirdlər bu müddətdə evdə qalmaqla təhsillərini davam etdirsinlər.
        Təhsilin hazırkı vəziyyətində rayonumuzdakı şagirdlərin tədris proqramlarında geri qalmamaları üçün İsmayıllı müəllimləri bir komanda kimi birləşərək  “Evdə qal, dərsdən qalma” şüarı altında videodərslər vasitəsi ilə   şagirdlərə  dərsləri tədris edir, onlara tapşırıqlar verir, həmçinin  mövzular üzrə istiqamətləndirilirlər.
       Məktəblərin tətilə buraxıldığı ilk günlərdən  “Evdə qal, dərsdən qalma” aksiyasına qoşulan rayonun iri yaşayış məntəqələrinin məktəbləri ilə bərabər, hal-hazırda  ucqar dağ kəndlərində yerləşən məktəblərdə qoşulub. Müəllimlər “zoom” proqramı ilə siniflər üzrə bütün şagirləri eyni vaxtda videokonfransa bağlayaraq dərsləri tədris edirlər.
Sevgisini, elmini, ədəbini, səbrini, sayqısını təmənnasız olaraq şagirdlərinə verə bilən tək varlığın müəllimlərin olması hal-hazırdakı dövrdə bir daha göstərmiş olur.
Bundan əlavə kornovirusla mübarizə tədbirləri çərçivəsində rayon üzrə yaradılmış 154 mobil qrup fəaliyyət göstərir. Bu qrupların fəaliyyəti əsas məqsədi insanların məcburiyyət olmadığı təqdirdə çölə çıxmamaq və karantin qaydalarına əməl etmək barədə maarifləndirmə işi aparmaqdır. Qrupların fəaliyyətinə rayonun müəllimləridə köməklik göstərir.

Keçidlər