Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllı rayonunda infeksiyaya (COVİD-19) qarşı mübarizə tədbirləri daha ciddi şəkildə davam etdirilir.

28 mart 2020 | 16:00

Məlum olduğu kimi son zamanlar bəşəriyyəti qorxuya salan və bir çox ölkələrdə kütləvi şəkildə yayılaraq minlərlə insanın həyatına son qoymuş infeksiya (COVİD-19) virusu bizim ölkəmizdə də ciddi qabaqlayıcı tədbirlərin görülməsinə səbəb olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah tərəfindən gündəlik tədbirlərin görülməsi barədə aidiyyəti üzrə tapşırıqların verilməsi  məsələnin çox ciddi olmasını bir daha təsdiq edir.  Qərargahda Respublika ərazisində karantin rejimin yaradılması ilə əlaqədar olaraq ticarət mərkəzlərinin, kafe və restoranların fəaliyyətinin dayandırılması, yaşı 65-dən yuxarı vətəndaşların küçəyə çıxmasına qadağa qoyulması, nəqliyyatın və sərnişindaşımanın məhdudlaşdırılması, zərurət yarandığı halda küçəyə çıxarkən müvafiq təlimatın tələblərinə əsasən qoruyucu vasitələrdən istifadə edilməsi barədə qərarların qəbul edilməsi vətəndaşlarımızın sağlamlığının qorunmasına yönəldilmiş tədbirlərdəndir. Dövlətimiz tərəfindən görülən tədbirlərin effektli olması üçün vətəndaşlarımızdan da müəyyən edilmiş bu qaydalara riayət etmələri tələb olunur.
Virus (COVİD-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədi ilə İsmayıllı rayon İcra Hakimiyyəti yanında yaradılmış Qərargahın müəyyən etdiyi qaydalara uyğun olaraq artıq bir neçə gündür ki, ardıcıl tədbirlər həyata keçirilir. Xüsusi dərman pereparatları vasitəsi ilə bütün yaşayış məntəqələri ərazilərində olan inzibati binaların, ticarət obyektlərinin, küçə və meydanların dezinfeksiya edilməsi davam etdirilir. Şəhərin Əsas küçələri və həmin küçələrdə yerləşən ticarət obyektləri, ərzaq maqazinləri, apteklər və bazar tam dezinfeksiya olunmuşdur. Eyni zamanda müntəzəm olaraq infeksiyaya yoluxma riskinin minimuma endirilməsi məqsədi ilə təlimatlar sakinlərə izah olunur. Küçə və meydanlara maarifləndirici elanlar vurulur. Yaşayış evləri üzrə maarifləndirici broşurlar paylanır. Sosial şəbəkələr vasitəsi ilə təlimatların və bu məqsədlə hazırlanmış videoçarxların vətəndaşlara çatdırılması təmin edilir. Tələbata uyğun olaraq rayonda fəaliyyət göstərən əczaşxanalarda qoruyucu vasitələrin (masqa, əlcək, tibbi spirt və s.) olmasına nəzarət edilir. Artıq 28 mart 2020-ci il tarixdən etibarən İsmayıllı rayonunun bütün yaşayış məntəqələrində orerativ mobil qruplar yaradılmış və həmin qruplar zərurət olmadığı halda vətəndaşların küçəyə çıxmamasına və küçəyə çıxarkən karantin qaydalarına uyğun hərəkət etmələrinə ciddi nəzarət edirlər. Yaşayış məntəqələrində insanları küçələrə çıxmaları məhdudlaşdırılmışdır. Tədbirlər davam etdiriləcəkdir.

 

Keçidlər