Şriftin ölçüsü :

Saytın rəngi :

YAP İsmayıllı rayon təşkilatının bir qrup Könüllüsü “Sağlamlığımız milli həmrəyliyimizdir” aksiyasını davam etdirir.

27 mart 2020 | 16:00

Yeni Azərbaycan Partiyasının (YAP) təşəbbüsü ilə “Sağlamlığımız milli həmrəyliyimizdədir” adlı aksiyaya YAP İsmayıllı rayon təşkilatının gənc fəalları da, qoşulub. Aksiya 26-27 mart tarixlərində davam edib.
Aksiyanın məqsədi əhalinin sağlamlığını daim diqqətdə saxlamaq, Azərbaycan hökumətinin koronavirusun ölkə ərazisində yayılmasına qarşı həyata keçirdiyi operativ profilaktik və mübarizə tədbirlərinə, eyni zamanda, bu istiqamətdə aparılan maarifləndirmə işinə fəal dəstək göstərməkdir.
       Koronavirus infeksiyasının ölkədə yayılmasının qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən ölkədə xüsusi karantin rejiminin elan edilməsi çərçivəsində 65 yaşdan yuxarı insanlara evdən çıxması qadağan edilib. Bu da koronavirus infeksiyasına yoluxma riski yüksək olan həmin kateqoriyadan olan insanların pandemiyadan qorunması məqsədinə xidmət edir.
Bu məqsədlə  Rayon təşkilatının fəal gəncləri köməyə ehtiyacı olan yaşlı, ahıl insanların evlərinə baş çəkir,  vətəndaşlara koronovirusdan qorunmaq və sağlamlığın müdafiəsi məqsədilə gigiyenik vasitələr çatdırır və xəstəlikdən qorunma üsullarını izah edirlər. Eyni zamanda yad olunan insanlar göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə  minnətdarlıqlarını bildiriblər.

Keçidlər