Şriftin ölçüsü :

Saytın rəngi :

Xocalı Soyqırımına həsr olunmuş sərgi təşkil olunub

19 fevral 2020 | 16:00

19 fevral 2020 - "Xocalı faciəsinin 28-ci ildönümü" ilə əlaqədar İsmayıllı Rayon Heydər Əliyev Mərkəzi və İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzi birlikdə sərgi təşkil edib. Sərgidə rəsm əsərləri, fotolar və Xocalı Soyqırımına aid kitablar nümayiş olunub.
Tədbirdə çıxış edən Heydər Əliyev Mərkəzinin direktoru Mayıl Fərəcov sərginin Xocalı soyqırımı qurbanlarının xatirəsini yad etmək, böyüməkdə olan gənc nəslə Azərbaycan tarixi haqqında həqiqətləri çatdırmaq, məktəblilər arasında milli vətənpərvərlik ruhunu yüksəltmək məqsədilə keçirildiyini söyləyib. Mərkəzin direktoru gənclərimizin ölkəmizin ərazi bütövlüyü uğrunda hər zaman mübarizə aparmağa hazır olduğunu və işğal olunmuş torpaqlarımızın düşmən tapdağından ən yaxın zamanda azad ediləcəyinə əminliyini bildirib.
İsmayıllı Gənclərin İnkişaf və Karyera Mərkəzinin direktoru İsmayil Faxtiyev gənclərə Azərbaycanın qəhrəmanlıq dolu şanlı tarixi günlərini, qan yaddaşımıza yazılmış faciələrini unutmamağı, hər zaman xatırlamağı tövsiyə edib.Bu soyqırımının Azərbaycan xalqının yaddaşına, tarixinə şanlı qəhrəmanlıq salnamələri ilə yanaşı, həmçinin qanlı fəlakət və faciələrlə yazıldığını vurğulayıb.
Sonra sərgiyə baxış keçirilib.
Rəsmləri çəkən şagirdlər Xocalı faciəsini gözləri ilə görməsələr də, öz müəllimlərindən, dərnək rəhbərlərindən bu faciə ilə bağlı aldıqları məlumatları, təəssüratları uşaq təxəyyülü ilə ağ kağızlara köçürüblər. Rəsmlərdə həmin gecənin dəhşətləri, yüzlərlə insanın al qanına qəltan edilməsi, düşmənin kimsəyə aman verməməsi, kafir erməninin o gecədə ağbirçək anaya, ağsaqqal qocaya, südəmər körpəyə də güllə atması təsvir olunub.

Keçidlər