Şriftin ölçüsü :

Saytın rəngi :

Problemlər uğurla həll olunur (Gəndov kəndində keçirilən görüş-qəbulda bunlardan ətraflı danışılıb)

14 fevral 2020 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov fəaliyyətə başladığı 2013-cü ildə ilk görüş-qəbullardan biri Gəndov kəndində keçirilmişdi. Sakinlər daha çox qaz yanacağının, müasir məktəb binasının olmamasından,asfalt yolun başa çatdırılmamasından şikayətlənmişdilər. Dövlətin və Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin qayğısı, xalqa xidməti hər şeydən üstün tutması nəticəsində bu problemlər müvəfəqqiyyətlə həll olunub. Qaz çəkilib, modul məktəb tikilib,yol standartlara uyğunlaşdırılıb. Görüş-qəbulun iştirakçıları bütün bunlara görə Dövlət başçısına minnətdar olduqlarını bildiriblər. Gəndov kəndində RİH-nin başçısı Mirdaməd Sadıqovun sakinlərlə keçirdiyi görüş-qəbulda bunlardan ətraflı danışılıb. Tədbiri giriş nitqi ilə açan rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir bölgənin,hər bir yaşayış məntəqəsinin inkişafı üçün dövlətimizin həyata keçirdiyi tədbirlərdən, insanların məşğulluğunun artırılması və mənzil şəraitinin yaxşılaşdırılması üçün RİH-nin yaratdığı qanuni şəraitdən danışıb. Diqqətçəkən fakt kimi onu qeyd edib ki, Gəndovda 18 fərdi ev tikilib,özəl turizm-istirahət mərkəzi yaradılıb. RİH-nin başçısı eyni zamanda iştirakçıların diqqətini torpaqdan qanuni istifadəyə, vergi intizamına riayət etməyə, asudə vaxtın səmərəli və mənalı keçirilməsinin vacibliyinə yönəldib. Məktəbin direktoru Xuraman Qurbanova  təklif edib ki, icra nümayəndəliyinin mərkəzi olan Təzəkənddən Gəndov,Köhnədaxar və Qaraqaya kəndləri çox uzaqda yerləşməsi nəzərə alınaraq bu üç kəndi birləşdirən Gəndov inzibati ərazi dairəsi yaradılsın. Məktəbin isitmə sisteminin fasiləsiz işləməsini təmin etmək üçün enerji təchizatına diqqət  artırılsın. Özünəməşğulluq proqramına daxil olmağa, ünvanlı sosial yardım almağa,tibb məntəqəsi üçün bina tikilməsinə köməklik göstərmək barədə də xahişlər edilib.Güzəştli kreditlərdən də söhbət salınıb.

Deyilən hər bir məsələ aid təşkilat rəhbərlərinin diqqətinə çatdırılıb.

Keçidlər