Şriftin ölçüsü :

Saytın rəngi :

Respublika Təhsil Şurası İdarə Heyətinin üzvləri İsmayıllı müəllimləri ilə görüşüb

30 noyabr 2019 | 16:00

30 noyabr 2019-cu il tarixində illik fəaliyyət planına uyğun olaraq Təhsil Şurası ictimai birliyi İdarə Heyəti üzvlərinin Heydər Əliyev Mərkəzində İsmayıllı rayonunun müəllimləri, eləcə də Rayon Təhsil Şöbəsinin əməkdaşları ilə  ilə görüşüb.Tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısı, professor Mirdamət Sadıqov açaraq qonaqları salamlayıb və  rayonunun təhsil sahəsindəki uğurları haqqında ətraflı məlumat verib.  Qonaqları tədbir iştirakçılarına təqdim edərək, sözü Təhsil Şurası İdarə Heyətinin sədri, professor Hikmət Əlizadəyə verib. Hikmət Əlizadə ilk olaraq qonaqpərvərliyə görə rayon rəhbərliyinə, görüş iştirakçılarına təşəkkür edib. Sonra “Təhsil konsepsiyaları: Ənənə, müasirlik və perspektivlər” mövzusunda təqdimat keçirib və  müəllimlər tərəfindən çox böyük maraqla qarşılanıb. Daha sonra Təhsil Şurası İdarə Heyətinin üzvləri Azərbaycan Dövlət Pedaqoji Universitetinin Elm və innovasiyalar üzrə prorektoru, professor Asəf Zamanov, Azərbaycan Dövlət İqtisad Universitetinin təşkilati və inzibati işlər üzrə prorektoru Şaiq Əsgərov, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, professor Nazim Kazımov çıxış edərək Təhsil Şurasının fəaliyyəti haqqında geniş məlumat veriblər. Tədbirin sonunda Təhsil Şurası İdarə Heyətinin üzvləri tədbir iştırakçılarının suallarını cavablandırıblar. Sonda xatirə şəkli çəkilib.

Keçidlər