Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Kürdmaşı kəndində Beynəlxalq yarışa hazırlıq çərçivəsində Cüdo üzrə açıq rayon birinciliyi keçirilib

18 noyabr 2019 | 16:00

07 dekabr 2019-cu il tarixdə ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunacaq Beynəlxalq cüdo yarışına hazırlıq çərçivəsində İsmayıllının Kürdmaşı kəndində İsmayıllı, Ağsu, Qəbələ, Şamaxı, Qobustan rayonları və Bakı şəhər cüdoçularının iştirakı ilə açıq rayon birinciliyi keçirilib.
Tədbirin təşkilatçıları sırasında Rayon Gənclər və İdman İdarəsi, Kürdmaşı bələdiyyəsi və Kürdmaşı kənd İnzibati Ərazi Dairəsi üzrə  nümayəndəlik olub. Təşəbbüsü ilkin olaraq irəli sürən bələdiyyə və nümayəndəlik yarışın keçirilməsi üçün öhdəsinə düşən bütün təşkilati işləri görüb və lazımi şəraiti yaradıb. Bu iki təşkilat həm də digər bələdiyyə və icra nümayəndəliklərinə idmana qayğı nümunəsinə çevrilib. Bilavasitə təşkilatçı təşkilatların rəhbərlərinin iştirak etdiyi açıq birincilikdə İsmayıllı komandası birinci, Qobustan komandası ikinci və Qəbələ komandası üçüncü yeri tutub. Qaliblər Beynəlxalq turnirdə iştirak hüququ qazanıblar.

Keçidlər