Şriftin ölçüsü :

Saytın rəngi :

Ağacəkmə tədbirlərinə start verildi

16 noyabr 2019 | 16:00

Ətraf mühitin mühafizəsi istiqamətində yaşıllaşdırma tədbirlərinin aparılması rayonumuzda ənənəvi hal almışdır. Son illərdə rayondan keçən respublika əhəmiyyətli avtomobil yollarının ətraflarında, həmçinin şəhər və kəndlərin ərazilərində çoxlu sayda ağac və gül kolları əkilib.
Belə tədbirlər sırasından olan ağacəkmə işlərinə start verilib. Belə ki, İsmayıllı şəhərinin aşağı girişində Heydər Əliyev prospektində idarə və təşkilatların bir qrupunun iştirakı ilə mindən artıq ağac əkilmişdir. Ağaclar aqrotexniki qaydalara uyğun əkilərək suvarılıb. Yaşıllıq zolağının mühafizəsi və qulluq işləri nəzarətə götürülüb.
Belə mühüm tədbirlər davamlı olaraq həyata keçiriləcəkdir.

Keçidlər