Şriftin ölçüsü :

Saytın rəngi :

Kənd Təsərrüfatı İşçilərinin Peşə bayramı keçirilib

02 noyabr 2019 | 16:00

Noyabrın 1-də “Qala” şadlıq sarayında  “Kənd Təsərrüfatı İşçiləri Günü” qeyd olunub.
Əvvəlcə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov, RİH və İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru əməkdaşlarının, Respublika Kənd Təsərrüfatı Nazirliyinin yerli qurumlarının işçilərinin və fermerlərin iştirakı ilə Ümummilli lider  Heydər Əliyevin abidəsi ziyarət edilib, gül dəstələri qoyulub. Daha sonra tədbir “Qala” şadlıq sarayında davam etdirilb.
Tədbiri giriş sözü ilə İsmayıllı Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Rövşən Yəhyayev açıb və 2019-cu ildə rayonda kənd təsərrüfatı işlərinin gedişi barədə məlumat verb,
Sonra rayon İcra Hakimiyyəti başçısının müavini Mahmud Süleymanov çıxış edərək rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun adından rayonumuzun kənd təsərrüfatı işçilərini təbrik etb, rayonumuzda kənd təsərrüfatı işlərinin gedişi, qazanılan uğurlar və kənd təsərrüfatı sahəsinin perspektiv inkişafı barədə öz fikirlərini söyləyib.
Daha sonra  İvanovka kolxozunun Müşahidə Şurasının sədri Olqa Jabina və fermer Sədyar Səmədov çıxış edərək kənd təsərrüfatı sahəsinin inkişafına göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbəri cənab  İlham Əliyevə  öz minnətdarlıqlarını bildiriblər və yaradılan bu şəraitdən istifadə edərək daha böyük uğurlara imza atacaqlarını bildiriblər.
Sonra kənd təsərrüfatı sahəsində fərqlənmiş bir qrup qabaqcıl kənd təsərrüfatı işçisi rayon İcra Hakimiyyəti başçısının “Fəxri Fərman”ı ilə təltif olunub.

Keçidlər