Şriftin ölçüsü :

Saytın rəngi :

2019-cu ilin payız və 2020-ci ilin qış mövsümünə hazırlıq müzakirə olunub

31 oktyabr 2019 | 16:00

31 oktyabr 2019-cu il tarixdə İsmayıllı rayon İcra Hakimiyyəti başçısı yanında Şura iclasında 2019- cu ilin payız 2020-ci ilin qış mövsümünə hazırlığın gedişi, idarə, müəssisə və təşkilatların qarşısında duran vəzifələrə həsr olunmuş məsələ müzakirə edilib.
Qış mövsümünə hazırılıqla əlaqədar mövcud durum barədə RİH başçısının müavini-Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov arayış təqdim edib
   İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov mövsümə hazırlıqla əlaqədar görülməsi vacib işlərdən danışıb.
Şura iclasında , İsmayıllı Elektrik Şəbəkəsinin, İsmayıllı Sukanal İdarəsinin,. İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəhbərləri və digər müəssisə rəhbərləri çıxışlarında 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlıq vəziyyəti ilə əlaqədar görülmüş işlər və qarşıda duran vəzifələrin icrası barəsində məlumat vermişlər.
İclasda 2019-2020-ci ilin payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar müzakirələr və fikir mübadiləsi aparılmışdır. Müzakirələr zamanı  məsələlərin həlli ilə bağlı aidiyyəti qurumların fəaliyyətində olan nöqsanlar qeyd edilmiş, çatışmazlıqların aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verilmiş və qərar qəbul edilmişdir.

 

Keçidlər