Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda İntellektual oyunlar üzrə II Regionlar Kubokunun seçim turu keçirilib

26 oktyabr 2019 | 16:00

25 oktyabr 2019-cu il tarixdə İsmayıllı şəhər 3 saylı məktəb-liseydə Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, İsmayıllı İntellektual Oyunlar Klubu , Rayon Təhsil Şöbəsi və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə İmaməddin Nəsiminin 650 illiyinə həsr edilmiş region gəncləri arasında “Nə?  Harada?  Nə zaman?”  intellektual oyunu üzrə “II Regionlar Kubokunun seçim turu”  keçirilib.
Layihə ümumilikdə 6 regionda təşkil ediləcəkdir. Layihə müddətində 120-yə yaxın komandanın regionun ən güclü komandası adı uğrunda mübarizəyə qatılacağı planlaşdırılıb. Layihəyə 14-29 yaş arası gənclər qatılıb. Layihənin konseptinə uyğun olaraq ardıcıl olaraq seçim turlarında ən yaxşı nətəcə göstərən komandalar finala dəvət ediləcəklər
"Nə? Harada? Nəzaman?” oyunu üzrə II Regionlar Kubokunun keçirilməsində məqsəd gənclərin asudə vaxtlarının səmərəli təşkili, onların intellectual inkişafının təmin olunması, region gənclərinin intellektual potensialının artırılması, potensiallı gənclərin üzə çıxarılması, region gənclərinin intellektə situmullaşdırılması eləcə də intellektual oyunlar hərəkatının bütün ölkəni əhatə etməsinin reallaşdırılmasıdır.
Seçim turunda 15-ə yaxın komandanın iştarakı ilə 100-ə yaxın şagirddən ibarət komanda mübarizə aparıb. Nəticədə, gərgin keçən seçim turunda ən yaxşı nəticə göstərən komandalar noyabr ayının 16-da Şəki şəhərində keçiriləcək final oyununa vəsiqə qazanıblar.

Keçidlər