Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda “Bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsi” mövzusunda tədbir keçirili

11 aprel 2019 | 16:00

Şəhər Mədəniyyət Mərkəzində İsmayıllı Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə bərk məişət və plastik tullantıların idarə edilməsinin təkmilləşdirilməsinə dair tədbir keçirilib.

300 nəfərin iştirak etdiyi tədbiri giriş sözü ilə Rayon İcra Hakimiyyətinin başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov açıb, sonra Ekologiya və Təbii Sərvətlər Nazirinin müavini Rauf Hacıyev Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məslələrə əlaqədar çıxış edib.

Sonra - Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin sektor müdiri Türkan Kərimzadə “Bərk məişət tullantılarının idarə edilməsində qabaqcıl təcrübədən istifadə olunması imkanları mövzusunda”; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ekoloji siyasət şöbəsinin sektor müdiri Mehman Nəbiyev Azərbaycan Respublikası Prezidentinin 7 fevral 2019-cu il tarixli Sərancamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirlərinin azaldılması üzrə 2019-2020-ci illər üçün Tədbirlər Planı”ndan irəli gələn məslələr mövzusunda; Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəis əvəzi Ziya Cəbrayılov İsmayıllı, Şamaxı, Ağsu, Qəbələ və Oğuz rayonlarında bərk məişət tullantılarının idarə edilməsi sahəsində mövcud vəziyyət, problemlər və həlli yolları mövzusunda, İqtisadiyyat Nazirliyinin əməkdaşı Faiq Sadıqov Azərbaycan Respublikası Prezidentinin 1 noyabr 2018-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında bərk məişət tullantılarının idarə edilməsinin təkmilləşdirilməsinə dair 2018-2022-ci illər üçün Milli Strategiya”dan irəli gələn məsələlər mövzusunda; Ağsu “Eko” MMC-nin direktoru Cavanşir Məhərrəmov; İsmayıllı Kommunal Müəssisələri Kombinatının rəisi Vidadi Məmmədov və digərləri çıxış edib.

Tədbir iştirakçılarının çoxsaylı sualları cavablandırılıb.

Keçidlər