Şriftin ölçüsü :

Saytın rəngi :

Kitab təqdimatı keçirilib

15 sentyabr 2018 | 16:00

14 sentyabr 2018- ci il tarixdə İsmayıllı Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ictimaiyyəti nümayəndələrinin və qonaqların iştirakı ilə gənc şairə Turac Hilalın "Mən ki səndən doymadım" şeirlər kitabının təqdimat mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyəti başçısı Mirdaməd Sadıqov və RİHB-nin müavini Sevil Əhmədova, aşıq Əhliman, “Dağ çiçəkləri” ədəbi məclisinin və İsmayıllı İctimai Yazarlar Birliyinin İctimai birliyinin üzvləri, ətraf rayondan gələn qonaqlar, şairənin yaxınları və qohumları iştirak edib.

Tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı qeyd edib ki, Turac Hilalın şeirlərinin hər birində şairin vətəndaşlıq mövqeyi, doğma yurda tükənməz sevgisi göstərilir. Sözə , sənətə qiymət verən əməkdar elm xadimi Mirdaməd Sadıqov gənc şairə uğurlar arzulayıb.

Çıxış edən Hacıməmməd Məmmədov, şairənin atası tədbiri təşkil edən rayon icra hakimiyyətinin başçısına minnətdarlıq ediblər.

Sonda müəllif tədbirin təşkilatçılarına və iştirakçılarına minnətdarlığını bildirib, yeni şeirlərini oxuyub, kitablarını oxuculara təqdim edib.

Keçidlər