Şriftin ölçüsü :

Saytın rəngi :

“Şahin” hərbi-idman oyunlarının zona birinciliyində İsmayıllı komandası birinci olub

24 aprel 2018 | 16:00

24 aprel 2018-cı il tarixdə  Şamaxı rayonunda "Şahin " hərbi-idman oyunlarının zona birinciliyi keçirilib.
10 rayondan  olan   komandanın iştirakı ilə  "Şahin " hərbi-idman oyunlarının  Əsasnaməsinə uyğun olaraq  8 bölmə üzrə keçirilən yarışda İsmayıllı  rayon komandası (şəhər 3 saylı məktəb-liseyin komandası) I yerə, Ucar rayonunun komandası II yerə,  Zərdab rayonunun  komandası III yerə layiq görülüb. Yarışın sonunda  I, II və III yerlərin qalibləri  Gənclər və İdman Nazirliyinin, Şamaxı rayon Təhsil Şöbəsinin və Şamaxı rayon  Gənclər və İdman idarəsinin diplomları ilə təltif ediliblər.
  I və II yerə qazanmış komandalar Bakı şəhərində keçiriləcək "Şahin " hərbi-idman oyunlarının final mərhələsinə vəsiqə qazanıblar.

Keçidlər