Şriftin ölçüsü :

Saytın rəngi :

Bəstəkar Qara Qarayevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.

16 fevral 2018 | 16:00

15 fevral 2018 –ci il tarixində Fazil Əzimov adına İsmayıllı Rayon Uşaq İncəsənət Məktəbi və rayon Mərkəzi Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə rayonun Uşaq kitabxanasının iclas zalında dünya miqyasında tanınmış bəstəkar Qara Qarayevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
        Bəstəkarın həyat və yaradıcılığından Uşaq İncəsənət məktəbinin müəllimi Nizami Babayev geniş məlumat verib.
Tədbirdə qara Qarayevin əsərlərindən, “İldırımlı yollarla” baletindən fraqmentlər, “Yeddi gözəl”baletindən “Ayişənin rəqsi” və kino musiqlərindən parçalar Uşaq incəsənət məktəbinin müəllim və şagirdlərinin ifasında səslənmişdir.

Keçidlər