Şriftin ölçüsü :

Saytın rəngi :

12 avqust Beynəlxalq Gənclər Günüdür.

07 avqust 2017 | 16:00

07 avqust 2017-ci il tarixdə İsmayıllı rayon Gənclər Mərkəzində “12 avqust Beynəlxalq Gənclər Günü” münasibətilə “Xəmsə” Milli Intelektual oyunu üzrə rayon birinciliyi keçirildi.Tədbiri   Gənclər və İdman idarəsinin rəis müavini Rauf Rəcəbov açaraq iştirakçıları salamladı, bu günün tarixi haqında geniş məlumat verdi. Bildirdi ki,Ulu öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilmişdir. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanmışdir.Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlamışdır. Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin Ümumdünya konfransının (8-12 avqust 1998-ci il) tövsiyəsi əsasında Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilmişdir.
      Fərdi mübarizə şəraitində keçirilən oyunda Seymur Həmzəyev I yerə, Cavidan Hacıyev II yerə, Murad Ağazadə III yerə layiq görüldülər. Sonda qaliblər rayon Gənclər və İdman İdarəsinin diplomları ilə təltif edildilər.

Keçidlər