Şriftin ölçüsü :

Saytın rəngi :

Kürdeldarbəylidə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun görüş-qəbulu

21 iyun 2017 | 16:00

İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov qəbulların müntəzəm olaraq yerlərdə keçirilməsinə üstünlük verir. Gözləmir ki, sakinlər öz problemləri ilə bağlı RİH-nə gəlsinlər, özü onlara tərəf gedir. Sakinlər də belə münasibətdən həmişə razı qalırlar. Hacıhətəmli inzibati ərazi dairəsinə daxil olan Kürdeldarbəyli kəndində də görüş- qəbul bu ruhda keçirilib.
Tədbiri giriş nitqi ilə açan RİH-nin başçısı Mirdaməd Sadıqov müqəddəs Ramazan ayı münasibətilə iştirakçıları təbrik edib, “İslam həmrəyliyi ili”nin mahiyyətindən, dəyərlərindən danışıb.
Problemləri şərh edən başçı bildirib ki, kəndin yol, elektrik xətlərinin  yenilənməsi və digər problemləri vardır.Onların həlli üçün ardıcıl tədbirlər görülür. Problemlərin daha tez aradan qaldırılması üçün bələdiyyə daha fəal işləməli, vergi ödəyiciləri də üzərlərinə düşən vəzifəni yerinə yetirməlidirlər. Taxılçılığa diqqət artmalı,bu sahədə kooperativlər yaradılmasına səy göstərilməlidir.
İştirakçılardan Təvəkkül Hüseynov su sayğaclarının quraşdırılmasını, Xalid Məmmədov kəndarası elektrik xətlərini daşıyan dirəklərin dəyişdirilməsini, Ağasəlim Ağayev tibb məntəqəsi üçün münasib otaq ayrılmasını xahiş ediblər.
Tam orta məktəbin müəllimi Rəhilə Soltanova ölkədə, İsmayıllıda gedən quruculuq, tikinti, abadlıq işlərindən, sosial iqtisadi inkişafın yüksək templə davam etməsindən ruh yüksəkliyi, proseslərə dərindən  bələdliklə danışdı. Məktəb tikintisini,su təchizatının yaxşılaşmasını ən yüksək uğurlar sırasında gördü. Bütün bunlara görə dövlətə, dövlət başçısına minnətdarlıq etdi.
Xahişi də bu oldu ki, yol məsələsinin həllini tezləşdirmək hamını sevindirər.
Mirdaməd Sadıqov 10 saylı yol idarəsinin baş mühəndisi Nəriman Səfərova bu barədə yerindəcə tapşırıq verdi. Digər təklif və xahişlərlə əlaqədar da icraçılar müvafiq tapşırıqlar aldılar.

Keçidlər