Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsinə həsr olunmuş rəsm müsabiqəsi

17 yanvar 2017 | 16:00

İsmayıllı rayon Təhsil Şöbəsinin 20 Yanvar faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirlər planına uyğun olaraq 17 yanvar 2017-ci il tarixində uşaq kitabxanasında ümumtəhsil məktəblərinin şagirdləri arasında rəsm müsabiqəsi keçirilib. Müsabiqədə rayon İcra Hakimiyyətinin məsul işçisi, Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Yaradıcılıq Mərkəzini direktoru X. Xalıqov və ümumtəhsil məktəblərinin müəllim və şagirdləri iştirak ediblər. Tədbirdə UYM-nin direktoru Xalıq Xalıqov çıxış edərək 20 Yanvar faciəsi haqqında ətraflı məlumat verib. İsmayıllı Rayon İcra Hakimiyyətinin əməkdaşı  Gülnarə Mirzəliyeva çıxış edərək  20 Yanvar faciəsinin tariximizdə və müstəqilliyimizin qazanılmasındakı yerini tədbir iştirakçılarına çatdırıb.
         Sonda münsiflər heyəti tərəfindən I, II, III və həvəsləndirici yerə layiq görülən işlər müəyyənləşdirilərək mükafatlandırılması üçün təşkilat komissiyasına təqdim edilib.

Keçidlər