Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövləti bu gün etibarlı əllərdədir

23 dekabr 2016 | 16:00

İsmayıllıda fəaliyyət göstərən Heydər Əliyev İdarəetmə Məktəbinin növbəti məşğələsi “Azərbaycan xalqının taleyi etibarlı əllərdədir” mövzusuna həsr olunub. Dekabrın 23-də keçirilən məşğələnin iştirakçıları arasında gənclər üstünlük təşkil edirdi. Məşğələdə çıxış edən rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, Diyallı kənd tam orta məktəbinin direktoru Şəmsiyyə Əhmədova, şəhər 6 saylı tam orta məktəbin müəllimi Minazər Mahmudova, MİS-nin rəisi İsmayıl Tarverdiyrv və başqaları ümummilli lider Heydər Əliyevin qurub-yaratdığı müasir müstəqil Azərbaycan dövlətinin bu gün etibarlı əllərdə olduğunu diqqətə çatdırıblar. Vurğulanıb ki, Ulu Öndər uzaqgörən siyasəti, zəngin təcrübəsi ilə Azərbaycanın inkişaf strategiyasını müəyyənləşdirib. Həmin strategiyanın Prezident İlham Əliyevin rəhbərliyi ilə ardıcıl, yaradıcılıqla həyata keçirilməsi bu gün ölkəmizi sürətlə irəli aparır. Çıxışlarda dünyanın münaqişələrlə çarpışdığı, iqtisadi böhranla üzləşdiyi bir şəraitdə Azərbaycanda sabitliyin, inkişafın hökm sürdüyü, bunun məhz ulu öndər Heydər Əliyevin layiqli davamçısı Prezident İlham Əliyevin müdrik siyasətinin, rəhbərliyinin nəticəsi olduğu diqqətə çatdırılıb.

Keçidlər