Şriftin ölçüsü :

Saytın rəngi :

Ümummilli lider Heydər Əliyevin ruhu ehtiramla anılır, məhəbbətlə xatırlanır.

12 dekabr 2016 | 16:00

Ümummilli liderimiz Heydər Əliyevin Haqq dünyasına qovuşduğu günü İsmayıllı əhalisi xalqımız üçün əbədi milli sərvəti olan ruhunu dəyərli mövzulu və məzmunlu tədbirlərlə qeyd ediblər. Ulu öndəri öndəri ehtiramla, el məhəbbəti ilə anıblar.
Əvvəlcə minlərlə sakin Ulu öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Sonra Heydər Əliyev Mərkəzində ümummilli liderin həyat və fəaliyyətinə həsr olunmuş filmə baxıblar.
Mərkəzi meydandakı monitorda gün ərzində filimlər nümayiş etdirilib.
Bir neçə yerdə ehsan süfrələri açılıb.
İsmayıllı gənclərinin bir qrupu Ulu öndərin məzarını ziyarət etmək üçün Fəxri xiyabana yola düşüb.

Keçidlər