Şriftin ölçüsü :

Saytın rəngi :

Beynəlxalq Əlillər günü ərəfəsində nərd yarışı

01 dekabr 2016 | 16:00

İsmayıllı Rayon Gənclər və İdman İdarəsinin, Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin və DSMF rayon şöbəsinin təşkilatçılığı ilə Beynəlxalq Əlillər günü ərəfəsində Qarabağ müharibəsi əlilləri arasında nərd yarışı keçirilib. Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi rayon filialının sədri Vidadi Zərbiyev, Azərbaycan Vətən Müharibəsi Veteranları Birliyi rayon filialının sədri Ravid Pənahov yarışın təşkili və keçirilməsində xüsusi fəallıqla iştirak ediblər.
Bir neçə saat davam edən yarışın nəticəsi olaraq Şöhrət Baxışov birinci, Ravid Pənahov ikinci və Bəxtiyar Dəmirov üçüncü yeri tutublar.
Qaliblərə Rayon Gənclər və İdman İdarəsinin diplom və medalları,  DSMF rayon şöbəsinin və Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Rayon Komitəsinin hədiyyələri təqdim olunub.

Keçidlər