Şriftin ölçüsü :

Saytın rəngi :

İdmançımız Avroasiya birinciliyində Qızıl medal qazanıb.

18 oktyabr 2016 | 16:00

16 oktyabr 2016- ci il tarixdə Beynəlxalq Kempo Federasiyasının təşkilatçılığı ilə  Milli.az, day. Az və trend.az –ın informasiya dəstəyi ilə Bakı şəhərində 15-16-17 yaşlı oğlan və qızlar arasında Kempo karate idman növü üzrə Avroasiya birinciliyi keçirilmişdir.  Həmyerlimiz Əsgərov Eşqin 55 kq çəki dərəcəsində bütün rəqiblərini üstələmiş və fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdır. Qızıl medal qazanan Eşqin Azərbaycan Dövlət Himninin səslənməsinə nail olmuş və bayrağımızı yüksəklərə qaldırmışdır. Eşqin Əsgərovu və onun məşqçisi Bayram Qəhrəmanovu ürəkdən təbrik edir, onlara yeni-yeni idman uğruları arzulayırıq.

Keçidlər