Şriftin ölçüsü :

Saytın rəngi :

Birinci yarımilin nəticələri müzakirə olunub.

21 iyul 2016 | 16:00

21 iyul 2016-cı il tarixdə RİH-nin akt zalında “İsmayıllı rayonunun birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələr”ə həsr olunmuş yığıncaq keçirilib.
Yığıncağı giriş nitqi ilə Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov açıb və məruzə edib. (Məruzə əlavə olunur)
Suvarma sistemləri idarəsinin rəisi Fazil Həsənovun, rayon kənd təsərrüfatı idarəsinin rəisi Həsən Həsənov və Dövlətqaçqınkomun Ismayıllı rayonu üzrə nümayəndəsi Tahir Əliyevin çıxışları dinlənilib.
86 saylı İsmayıllı seçki dairəsini təmsil edən Millət Vəkili Novruz Aslanov rayonun sosial-iqtisadi inkişafından, RİH başçısı ilə birgə problemlərin həlli, yeni layihələrin icrası üçün çalışdıqlarından, müasir dövrdə hər bir rayon sakininin qarşısında duran vəzifələrdən ətraflı danışıb. Birgə fəaliyyətin bundan sonra daha yüksək səmərə verəcəyini bildirib.
Müzakirə olunan məsələ ilə əlaqədar qərar qəbul edilib.
Yığıncaq iştirakçıları Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət ünvanlayıblar.
Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov yekun sözü söyləyib.

 

2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunları və
qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Rayon İcra Hakimiyyətinin
başçısı cənab Mirdaməd Sadıqovun
M Ə R U Z Ə S İ

                                                              
Hörmətli yığıncaq iştirakçıları!  
Hörmətli qonaqlar!
10 iyul 2016-cı il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin “2016-cı ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələr”ə həsr olunmuş iclası keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə bütün sahələr üzrə mövcud durumu ətraflı təhlil etmiş və qarşıda duran vəzifələr barədə proqram xarakrerli tapşırıqlar vermişdir. Giriş nitqində qeyd etmişdir ki, dünyada iqtisadi böhran daha da dərinləşib. Bütün ölkələr bu və ya digər formada böhrandan əziyyət çəkdiyinə baxmayaraq, Azərbaycanın uğurlu inkişafı təmin edilir, ölkəmizdə təhlükəsizlik yüksək səviyyədə qorunur, ictimai-siyasi sabitlik möhkəmlənir, qarşda duran bütün əsas vəzifələr uğurla icra edilir.
Neftin qiymətinin kəskin surətdə aşağı düşməsi və ondan yaranan vəziyyətlə bağlı ümumi daxili məhsul bir qədər azalsa da sevindirici hal ondan ibarətdir ki, düşünülmüş siyasət, aparılan islahatlar və ölkənin gələcəyi ilə bağlı olan proqramların icrası nəticəsində iqtisadiyyatın əsas sahələri - sənaye və kənd təsərrüfatı artıb. Sənaye istehsalında 0,6 faiz artım əldə olunub.  Bu  böhran ili üçün müsbət haldır. Ölkəmizin qeyri-neft sənayesində 2,4 faiz, kənd təsərrüfatında 3,1 faiz artım əldə olunmuşdur. Ölkə iqtisadiyyatına 6,3 milyard dollar sərmayə qoyulub. Birinci yarımildə 50 mindən çox yeni iş yeri yaradılmışdır. Sosial məsələlərin həlli istiqamətində çox ciddi addımlar atılır. Əhalinin həyat səviyyəsinin yüksəldilmıəsi məqsədilə ardıcıl tədbirlər həyata keçirilir.
Cənab Prezident 2016-cı ildə ölkə qarşısında duran önəmli vəzifələri qeyd edərək proqram xarakterli tapşırıqlar vermişdir. Cənab İlham Əliyevin müəyyən etdiyi sosial və iqtisadi siyasət, tövsiyə və tapşırıqlar 2016-cı ilin birinci yarısında rayonumuzda uğurla həyata keçirilmişdir.
6 ay ərzində 68 milyon 931 min manat məbləğində ümumi məhsul istehsal olunmuşdur. Hesabat dövründə əsas kapitala 8 milyon 914 min 200 manat investisiya qoyulmuşdur. 3 milyon 212 min 700 manat dəyərində əsas fondlar istifadəyə verilmişdir. Pərakəndə əmttə dövriyyəsində 12 milyon 975 min manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmində 870 min manat artım əldə olunmuşdur. Bir işçiyə hesablanmış nominal orta aylıq əmək haqqı 254,8 manat olmuıdur.
Hesabat dövründə rayon büdcəsinin gəlirlər hissəsi 9 milyon 546 min  987 manata qarşı 11 milyon 164 min 723 manat icra olunmuşdur. Büdcə gəlirlərinin icrası 117 faiz təşkil etmişdir. Yerli mənbələrdən proqnoz üzrə 2 milyon 526 min 720 manata qarşı  2 milyon 616 min 723 manat (104 faiz) vəsait daxil olmuşdur.
Məxaric proqnozu 9 milyon 546 min  987 manata qarşı 9 milyon 826 min 235 manat,
103 faiz icra edilmişdir.
İsmayıllı Rayonu üzrə maliyyə idarəsi tərəfindən büdcə vəsaitindən təyinatı üzrə düzgün istifadə olunması təmin edilmişdir. Hesabat dövrü ərzində 2017-ci il və sonrakı üç il üçün gəlirlər və xərclər üzrə proqnoz layihələr vaxtında hazırlanaraq Azərbaycan Respublikası Maliyyə Nazirliyinin aidiyyəti şöbələrinə təqdim olunmuşdur.
2016-cı ılın birinci yarısında tikinti-quruculuq işləri davam etdirilmişdir. Yaşayış evləri, inzibati binalar, yollar tikilmiş və ya əsaslı təmir olunmuşdur. M.F.Axundov küçəsində iki 9 mərtəbəli yaşayış binasının, Velosiped istehsalı zavodunun, Keyvəndi kəndində “AZZA Aqro” MMC tərəfindən 1500 başlıq iri heyvandarlıq təsərrüfatının, Qalınçaq kəndində “Şən Fermer” MMC tərəfindən hind toyuğu əti istehsal edəcək fabrikin tikintisi davam etdirilmişdir.
Göyçay çayı üzərində inşa olunan “İsmayıllı SES-2”-nin tikinti-quraşdırma işləri başa çatdırılmışdır və yaxin vaxtlarda istifadəyə veriləcəkdir. Stansiyanın istismara verilməsi nəticəsində rayonun elektrik enerjisi ilə davamlı təchiz olunmasını təmin edəcəkdir.
İsmayıllı şəhərində “Yaşıl market” ticarət kompleksinin tikintisi başa çatdırılmış və istismara hazır vəziyyətə gətirilmişdir.
Xanagah kəndi yaxınlığında dam örtüklərinin istehsalı üçün nəzərdə tutulmuş zavodun tikintisi başa çatdırılaraq İstehsal üçün avadanlıqların gətirilməsi istiqamətində iş aparılır. İsmayıllı şəhəri ərazisində Meyvə-tərəvəz emalı və qablaşdırılması müəssisəsinin, fiziki şəxs tərəfindən isə yeni quşçuluq fabrikinin tikintisi davam etdirilmişdir.
Mollaisaqlı kəndində 30 başlıq südlük, 25 başlıq kökəltmə istiqamətli iri buynuzlu mal-qara üçün tövlənin tikintisi başa çatdırılmışdır. Tövlə üçün avadanlıqların alınması istiqamətində iş aparılır.
Rayonun Talış kəndində iş adamı tərəfindən gündəlik istehsal gücü 1 ton olan pendir istehsalı emalatxanasında avadanlıqların quraşdırma işləri aparılır.
Rayonda sənayenin inkişafı diqqət mərkəzindədir. Rayonda “Sənaye məhəlləsi”nin yaradılması üçün imkanlar nəzərdən keçirilir, ilkin hesablamalar aparılır, sahibkarlar və iş adamları ilə müvafiq söhbətlər aparılır.
İsmayıllı şəhərinin küçələrinin tikintisi və yenidən qurulması davam etdirilmişdir. Son 6 ayda şəhərin Dostluq küçəsinə 3500 kv.metr, Ə.Xəqani küçəsinə 900 kv.metr, H.B.Zərdabi küçəsinə 3500 kv.metr, N.Abdullayev və R.Bəşirov küçələrinə 6250 kv.metr, N.Nərimanov küçəsinə 6640 kv.metr, A.Aslanov küçəsinə 1500 kv.metr, Heydər Əliyev prospektindəki avtomobil dayanacağına 2800 kv.metr, ümumilikdə 25090 kv.metr  asfalt örtük vurulmuşdur. Şirvanşahlar, M.Ə,Rəsulzadə və Cavanşir küçələrinin kəsişməsində yaradılan “Saat meydanı”nda abadlıq işləri aparılmış, qazon örtük vurulmuş, dekorativ ağaclar əkilmiş, meydan hazır vəziyyətə gətirilmişdir. Hazırda meydanın ətrafında abadlıq işləri davam etdirilir.            
Hal-hazırda şəhərinin Heydər Əliyev prospektində vaxtı ilə  sahibkarlar tərəfindən primitiv şəklidə inşa olunan mağazalar küçənin digər hissəsinə köçürülür. İkinci rübdə 5 mağaza sökülərək yeni plan əsasında arxaya çəkilmişdir. Hazırda Qala divar mağaza komleksində son tamamlanma işləri aparılır. Mağazaların fasad hissəsinə çay daşı ilə üzlük vurulmuşdur. Mağaza komleksinin qarşısında avtomobil dayanacağı yaradılmış və meydana asfalt örtük vurulmuşdur. Görülən tədbirlər nəticəsində şəhərdə nəqliyyatın hərəkəti yaxşılaşmış, prospektə şəhərin tələblərinə uyğun  görkəm verilmişdir.
Həyata keçirilən  tikinti-quruculuq işləri ilə  yanaşı bu gün  İsmayıllıda  şəhərin  siması ilə uyuşmayan, arxitektura  baxımından şəhərsalma  prinsiplərinə xələl gətirən, vətəndaşların mülkiyyətində olan özəlləşdirilmiş istehsal və xidmət  obyektləri  mövcuddur. Bu obyektlərin daha müasiri ilə əvəz olunması üçün  mülkiyyət sahibləri ilə məsləhətləşmələr aparılır, təəssüf ki, hələ də bu sahədə əsaslı dönüş yaranmamışdır.
Yaşayış məntəqələrini birləşdirən yolların təmiri istiqamətində tədbirlər davam etdirilmişdir. Respublika əhəmiyyətli Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunda sifarişçi və podratçı təşkilat “Azəravtoyol” ASC tərəfindən aparılan əsaslı təmir işləri əsasən başa çatdırılmışdır. Magistral yol 27 min nəfər əhalinin yaşadığı, 34 yaşayış məntəqəsini rayon mərkəzi ilə birləşdirir. Avtomobil yolunun əsaslı təmir olunan 30 km-lik hissəsinin 28 km-i İsmayıllı rayonunun, 2 km hissəsi Göyçay rayonunun ərazisini əhatə edir. Yolda aparılan tikinti işləri zamanı Mehmanxanlı çayı üzərində uzunluğu 25 metr olan yeni bir aşırımlı körpü tikilib istifadəyə verilmişdir. Yolun əsaslı təmir olunması rayon sakinlərinin həyatında rahatlıq yaratmışdır.
May-iyun aylarında yağan leysan yağışları nəticəsində Basqal-Sulut yolunda yer sürüşməsi baş vermiş və ərazidə olan kəndlərin nəqliyyat əlaqəsi kəsilmişdi. Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində sürüşmə zonasında qısa müddətdə alternativ yol çəkildi və nəqliyyat vasitələrinin normal hərəkəti bərpa edildi. Yeri gəlmişkən qeyd etməliyik ki, sürüşmə nəticəsində Sərsurə kəndi üçün də ciddi təhlükə yaranmışdı. Rayon İcra Hakimiyyətinin Fövqəladə hallar komissiyası aidiyyəti dövlət qurumları ilə birgə vəziyyəti ətraflı təhlil etmiş, yararsız vəziyyətə düşmüş 7 ev haqqında müvafiq sənədlər tərtib olunaraq aidiyyəti dövlət qurumlarına təqdim edilmişdir. Evləri sürüşməyə məruz qalmış vətəndaşlara maddi və mənəvi yardım göstərilmişdir.
Kənd təsərrüfatının inkişafı və ərzaq təhlükəsizliyi məsələsi ölkə üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Qarşıya qoyulmuş vəzifələrin icrası ilə əlaqədar rayonda müvafiq tədbirlər həyata keçirilir. Birinci yarımildə kənd təsərrüfatında 29 milyon 606 min manat dəyərində ümumi məhsul istehsal edilmişdir.
Taxılçılıq haqqında bir qədər ətraflı məlumat vermək istərdim. Rayonda 2015-ci ilin payızında əkilmiş 29342 hektar payızlıq taxıl bitkisi sahələrinə aqrotexniki qaydalara uyğun qulluq olunduğu üçün normal bitiş alındı. Biçin mövsümünə ciddi hazırlıq işləri görüldü. Yanğın təhlükəsinin qarşısını almaq üçün müvafiq tədbirlər həyata keçirildi. Biçin optimal müddətdə başa çatdırılmaq üzrədir.  İyul ayının 20-nə olan məlunata əsasən rayonda 99075 ton taxıl istehsal olunmuşdur. Dəmyə şəraitdə hər hektardan 35,03 sentner məhsul alınmışdır ki, bu da yüksək göstəricidir. Biçilməmiş 1026 hektar sahə qalmışdır. Biçin davam edir. Əkinçilərimizin yüksək nailiyyəti bizi ürəkdən sevindirir. Eyni zamanda qeyd etmək istərdim ki, bu il nailiyyətlər daha yüksək ola bilərdi, lakin taxılın yetişkənlik fazasında yaranan kənd təsərrüfatı üçün qeyri-əlverişli hava şəraiti müəyyən qədər itkilərə səbəb oldu. Belə ki, may-iyun aylarında yağan leysan yağışlar və sel suları taxılçılığa da təsirsiz ötüşmədi. Min hektardan artıq əkin sahəsi sel suları altında qaldı. Yüzlərlə hektar sahədə məhsuldarlıq aşağı düşdü.
Artıq sahələrdə yay şumunun çıxarılmasına başlanmışdır. Bu iş bir qədər ləng gedir. Unutmaq olmaz ki, yay şumunun çıxarılmasında ləngliyə yol vermək gələcəkdə məhsul itkisinin başlanğıcıdır.
Hesabat dövründə rayonda 2996 ha sahədə yazlıq bitkilər, o cümlədən 514 ha sahədə dənli-paxlalılar, 894 ha sahədə kartof, 548 ha sahədə yem bitkiləri, 809 ha sahədə tərəvəz bitkiləri, 191 ha sahədə günəbaxan, 5 hektar sahədə tütün əkilmişdir. Hazırda aqrotexniki qaydalara uyğun olaraq sahələrə  qulluq olunur. İlkin nəticələr göstərir ki, bu il yazlıq bitkilərdə də məhsuldarlıq daha yüksək olacaqdır. 
Nazirlər Kabinetinin iclasında kənd təsərrüfatının daha da inkişafı üçün mühümm vəzifələr bir daha qeyd olunmuşdur. Cənab Prezident torpaqlardan səmərəli şəkildə istifadəni bir vəzifə kimi qarşıya qoymuşdur. Qeyd etmişdir ki, əgər səmərəli şəkildə istifadə edilmirsə, həmin torpaqlar sahibkarlardan və yaxud da ki digər şəxslərdən alınmalıdır və o insanlara verilməlidir ki, onlar əkib-becərsinlər. Qeyd etməliyəm ki, rayonumuzda da da əkin dövriyyəsinə cəlb olunmamış torpaq sahələri vardır. Bəzi iş adamları əkinə yararlı sahələri alır və istifadəsiz vəziyyətdə saxlayır. Həmin torpaqlar əkin dövriyyəsinə cəlb olunmalıdır.
İntensiv metodlarla istehsalın artırılmasına daha çox diqqət yetirilməlidir. Belə ki, eyni torpaq və iqlim şəraitinə malik yaxın kəndlər üzrə məhsuldarlığı müqayisə etdikdə kəskin fərqlər meydana çıxır. Aydın olur ki, bəzi fermerlər sahələrə yüksək keyfiyyətli toxum əkmədiklərİ, lazımi aqrotexniki qulluq göstərmədikləri üçün nəticə də zəif olur. Bütün bunlar təhlil olunmalı və lazımi nəticə çıxarılmalıdır.
Rayonda zonalar üzrə kənd təsərrüatı məhsullarınınun əkininə diqqət artırılmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edə bilər.
Bu il rayonda istixanaların yaradılmasına diqqət artırılmışdır. Əhalinin ərzaq məhsullarına olan tələbatının ödənilməsi ilə əlaqədar rayonda 50-dən artıq istixana yaradılmışdır. Bu da həmin sahədə çalışanların gəlir əldə etməsinə, həm də əhalinin tərəvəz məhsulları ilə təmin olunmasına müsbət təsir göstərmişdir. Hesab edirəm ki, bu sahənin inkişafına gələcəkdə diqqət daha da artırılmalıdır.
Hesabat dövründə rayonda kartofçuluq, tütünçülük və baramaçılığın inkişafı diqqət mərkəzində olmuşdur. Sənaye üsulu ilə əkilmiş 125 ha. sahədə kartof sahələrində becərmə işləri davam etdirilir. 5 ha. tütün əkini sahələrində aqrotexniki qulluq işləri, xəstəlik və zərərvericilərə qarşı mübarizə tədbirləri davam etdirilir, hazırda yarpaq dəriminə başlanılmışdır.
Kümçülər 895 kq. barama istehsal edərək tədarük məntəqəsinə təhvil vermişlər.
Üzümçülük və meyvəçilik rayon iqtisadiyyatının ən gəlirli sahələrindən biridir.  Hazırda rayon üzrə 1048 hektar üzüm bağı və 1165 hektar meyvə bağı vardır. Üzüm və meyvə bağlarında aqrotexniki tədbirlər həyata keçirilir. Rayonda intensiv bağçılığın inkişafına diqqətlə yanaşılır. Bu il Qalınçaq kəndində 11,5 hektar sahədə intensiv meyvə bağı salınmış, 3,5 hektarına dəmir-beton dirəklər basdırılmış, məftil çəkilmişdir. İntensiv meyvə bağlarının salınmasına diqqət daha da artırılmalıdır. Rayonda 1000 hektar intensiv meyvə bağlarının salınması üçün Sahibkarlığa Kömək Milli Fondu tərəfihdən güzəştli şərtlərlə kreditlərin verilməsi nəzərdə tutulmuşdur. 
Heyvandarlıq kənd təsərrüfatının mühümm sahəsidir. Hesabat dövründə iribuynuzlu mal-qaranın baş sayı 51 min 448 başa, xırda buynuzlu heyvanlar 178 min 796 başa çatdırılmış, 2643 ton diri çəkidə ət, 17538 ton süd, 7 milyon 397 min ədəd yumurta, 7 ton yun istehsal olunmuşdur. Bütün istehsal göstəricilər əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə yüksəkdir.
İsmayıllı Rayon Baytarlıq idarəsi 2016-cı ilin epizotiya əleyhinə müalicə-profilaktika tədbirləri planına uyğun olaraq uru buynuzlu və xırda buynuzlu heyvanlar və quşlar arasında profilaktiki, seroloji və diaqnostiki müayinələr aparmışdır. Aşkar olunan xəstə heyvanlar təlimata uyğun çıxdaş edilmişdir. Rüb ərzində heç bir iti yoluxucu xəstəlik baş verməmişdir.  Rüb ərzində Dövlət Baytarlıq müfəttişliyinin nəzarət etdiyi ət satılan yerlərdə 9 baş iri buynuzlu və 12 baş xırda buynuzlu heyvanların daxili orqanlarında exinokokk və fassiolyoz xəstəlikləri ilə yoluxduğu üçün  ət yandırılaraq məhv edilmişdir.
İsmayıllı Suvarma Sistemləri İdarəsi tərəfindən hesabat dövründə suvarma sistemlərinin, daşqın və selə qarşı çay məcralarının lil və çınqıldan təmizlənməsi məqsədilə 272 min kub metr həcmində ekskavator işi, 97 min kub metr həcmində buldozer işi görülmüşdür. Podratçı təşkilat tərəfindən Lahıc qəsəbəsinin seldən mühafizəsi üçün 100 metr uzunluğunda daş-beton bəndin tikintisinə başlanılmışdır. 
Hesabat dövründə rayonumuzun idarə və təşkilatları  könüllü olaraq iməciliklər təşkil etmiş, ağac əkini və yeni yaşıllıqların salınmasında vətəndaşlar fəal iştirak etmişlər.  İsmayıllı-Muğanlı avtomobil yolunun ətrafında yaradılmış yaşıllıq zolaqlarında təmir-bərpa işləri aparılmış, quruyan ağaclar yeniləri ilə əvəz olunmuşdir. Ümumilikdə yol kənarlarında, şəhər və bələdiyyə ərazilərində 28 mindən çox ağac əkilmişdir. Yol qırağında əkilmiş ağacların və şəhər daxilindəki yaşıllıqların suvarılması həyata keçirilir.
Süni qiymət artımının qarşısının alınması məqsədilə bayramlar ərəfəsində şəhərin müxtəlif ərazilərində rayonda istehsal olunan kənd təsərrüfatı məhsullarının satış-yarmarkası keçirilmişdir. Yarmarkalarda əhaliyə bazar qiymətlərindən 25-30 faiz aşağı qiymətlərlə kənd təsərrüfatı məhsullarının satışı təmin olunmuşdur.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 10 yanvar 2016-cı il tarixdə Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, eləcə də “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr olunan konfransında ölkədə sahibkarlığın inkişaf etdirilməsi, əhalinin məşğulluq səviyyəsinin artırılması, yeni iş yerlərinin açılması və sərmayələrin cəlb edilməsi ilə bağlı zəruri tədbirlərin görülməsini vacib bir məsələ kimi qarşıya qoymuşdur. Qarşıya qoyulmuş vəzifələrin icrasını təmin etmək məqsədilə Rayon İcra Hakimiyyətində qərargahlar yaradılmışdır. Qərargah üzvləri tərəfindən rayonun sosial-iqtisadi inkişafına dair proqnozlar, sahibkarların və vətəndaşların qəbulu zamanı irəli sürdükləri təkliflər və qaynar xətt vasitəsi ilə daxil olan məlumatlar ciddi təhlil etməklə təkliflər hazırlanmış, zəruri tədbirlərin həyata keçirilmişdir. Sahibkarlar, iş adamları və fermerlər sənaye sahəsini və kənd təsərrüfatını əhatə edən 60-dan çox layihə ilə çıxış etmişlər. Layihələrin icrası ilə əlaqədar tədbirlər davam etdirilir.
İlin əvvəlində nazirlik və dövlət şirkətləri tərəfindən rayonda 368 yeni iş yeri açılmış və qısa müddətdə 367 nəfər vətəndaş müvafiq işlərlə təmin olunmuşdur. Birinci yarımillikdə ümumilikdə rayonda 617 iş yeri yaradılmışdır.
Hörmətli yığıncaq iştirakçıları, hesabat dövründə rayonun idarə və təşkilatları qənaətbəxş fəaliyyət göstərmiş və öhdələrinə düşən vəzifələrin icrasına əsasən nail olmuşlar.
İsmayıllı Qaz Xidmət sahəsi 14879 abonentə xidmət göstərir ki, bunun da 14724-ü əhali, 155-i qeyri-əhali abonentidir. Rüb ərzində qaz təchizatının yaxşılaşdırılması tədbirləri davam etdirilmiş, Qurbanəfəndi və Sumağallı kəndlərinin qazlaşdırılmişdır. “Səda-2010” MMC tikinti təşkilatı tərəfindən 12355 paqon/metr müxtəlif diametrli yeni qaz xətləri çəkilmiş, abonentlərin evində 243 ədəd məişət qaz sayğacı quraşdırılmışdır.
Şəhərin Yuxarıbaş adlanan hissəsində abonentlərin təbii qaz yanacağı ilə təminatının yaxşılaşdırılması məqsədilə  diametri 57 mm olan 318 metr yeni qaz xətti çəkilərək istismara verilmişdir. Bundan başqa qaz itkisinin qarşısını almaq üçün 1500 metr müxtəlif diametrli qaz xətləri yenidən qurulmuşdur. Eyni zamanda Çayqovuşan kəndində 56 məişət qaz sayğacı qeydiyyata alınmışdır.  6 ay ərzində rayon ərazisində 439 ədəd məişət qaz sayğacı yenisi ilə əvəz olunaraq küçə şəraitinə çıxarılmış, maliyyə-smeta sənədləri əsasında 784 ədəd yeni məişət qaz sayğacı quraşdırılmışdır. Qaz xətti üzərində quraşdırılmış 2 ədəq qaz tənzimləyici şkaf yenisi ilə əvəz olunmuş, qaz tənzimləyici şkaflara və siyirtmələrə texniki baxış keçirilmişdir.
May-iyun aylarında yağmış güclü leysan yağışlar nəticəsində yaranan sel suları qaz təsərrüfatına da ziyansız ötüşməmişdir. Qaz xətləri sıradan çıxdığına görə 11 kəndin qaz təchizatında fasilələr yaranmışdır. Aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qaz kəmərləri təmir olunmuş və abonentlər qaz yanacağı ilə təmin olunmuşlar.
Birinci yarımildə abonentlərə 18 milyon 586 min 532 kub metr qaz satılmış, qazın dəyəri 88,2 faiz ödənilmişdir. Yığımın 100 faizə çatdırılması üçün İsmayıllı Qaz İstismarı Sahəsi tərəfindən işdə dönüş yaranmalıdır.
Görülmüş işlərlə yanaşı onu da qeyt etmək lazımdır ki, rayonda qazlaşdırılmayan yaşayış məntəqələrimiz hələ də çoxdur və ümumilikdə rayonun qazlaşdırılması səviyyəsini qənaətbəxş hesab etmək olmaz. Belə ki, 108 yaşayış məntəqəsindən cəmi 38-i (35,2 faiz) qazlaşdırılmışdır. Respublikanın bir sıra rayonlarında isə bu göstərici 80-90 faizdən yüksəkdir. İri yaşayış məntəqələri olan Qalacıq, Qalagah, Qoşakənd, Kəlbənd, Lahıc, Ərəgit, Əhən. Soltankənd, Uştal və onlarla digər kəndlərin qazlaşdırılması ləngidilir.  Bu sahəyə diqqət artırılmalı,kəndlərin qazlaşmasını sürətləndirmək məqsədilə əsaslı tədbirlər həyata keçirilməlidir.
Hesabat dövründə İsmayıllı Elektrik Şəbəkəsi tərəfindən  enerji təsərrüfatında cari təmir işləri aparılmışdır. Belə ki, 110 kilo/voltluq hava xəttində 110 ədəd, 10 kilo/voltluq hava xəttində 260 ədəd, 0,4 kilo/voltluq hava xətlərində 304 ədəd dayaq yenisi ilə əvəz olunmuş, 37,4 km. məftil, 8,6 km. SİP kabel xətti çəkilmişdir. 3 ədəd yeni kompleks transformator məntəqəsi quraşdırılmışdır və 82 ədəd transformator yarımstansiyalarında təmir işləri aparılmışdır. Abonentlər üçün 16 ədəd smart-kart tipli, 121 ədəd elektron tipli sayğac quraşdırılmışdır.
6 ayda istehlakçılara 23 milyon 243 min 640 kilovat/saat enerji verilmiş, 1 milyon 453 min 300 manat vəsait yığılmışdır ki, bu da satılan enerjinin dəyərinin  82,6 faizini təşkil edir.
Rayonda Elektrik təsərrüfatının yenidən qurulması işləri davam etdirilir. Basqal qəsəbəsində, Tircan, Xanagah və Qurbanəfəndi kəndlərində elektrik təsərrüfatının təqribən yarısı yenidən qurulmuş, yeni transformatorlar qoyulmuş, Sip kabellər çəkilmişdir. Hazırda şəhərin Aşağıbaş adlanan hissəsində elektrik təsərrüfatının yenidən qurulması davam etdirilir. Eyni zamanda qeyd etməliyik ki, elektrik təsərrüfatı nasaz vəziyyətdə olan yaşayış məntəqələri hələ də çoxdur. Ona görə də yenidənqurma işləri sürətləndirilməlidir. Rayonumuzda enerji təsərrüfatında olan nöqsanlar yaxın vaxtlarda aradan qaldırılmalı və əhalinin haqlı narazılığına son qoyulmalıdır.
İsmayıllı “Sukanal” idarəsi 6222 əhali, 210 büdcə və kommersiya abonentinə xidmət göstərir. Hesabat dövründə təşkilat tərəfindən su və kanalizasiya xətlərində cari təmir işləri aparılmışdır. Şəhərdaxili xətlərdə baş vermiş qəzalar aradan qaldırılmışdır. 30 nəfər abonent üçün yeni su sayğacı quraşdırılmış, 8 ədəd sıradan çıxmış sayğac yenisi ilə əvəz olunmuşdur. 6 ay ərzində abonentlərə 119,3 min manat dəyərində su və kanalizasiya xidməti göstərilmışdir. Ödəniş 103,1 min manat və ya 86,5 faiz olmuşdur.
Şəhərin Heydər Əliyev prospektində, M.Orucov, Nizami, Natavan, H.B.Zərdabi, A.Aslanov, Ə.Ələkbərzadə, və M.F.Axundov küçələrində köhnə kanalizasiya xətləri təmir olunmuşdur. Xanagah-Ismayilli su xəttində 2 dəfə təmir işləri görülmüş, 2 ədəd sub-artezian quyusu təmir edilərək işlək vəziyyətə salınmışdır.
Şəhərdə çirkab təmizləyici qurğunun tikilərək  kanalizasiya xəttinin istifadəyə verilməsi əsas məsələ kimi qarşıda durur. Tikinti işləri davam edir və ilin sonuna qədər başa çatdırılması gözlənilir.
Əmək və Əhalinin Sosial Müdafiəsi Mərkəzi tərəfindən birinci rübdə 87 ailənin 426 nəfər üzvünə ünvanlı sosial yardım təyin olunmuşdur. Yeni qaydalara əsasın 15 fevral 2016-cı il tarixdən etibarən ünvanlı sosial yardım üçün ailəni təmsil edən şəxs tərıfindən Vahid elektron müraciət və təyinat alt sistemi (VEMTAS) vasitəsi ilə müraciət olunur və təyinat Nazirlik tərəfindən həyata keçirilir. Hazırda 997 aztəminatlı ailənin 4625 nəfər üzvünə ünvanlı sosial yardım ödənilir. Adambaşına düşən orta aylıq məbləğ 30 manat 18 qəpik, bir ailəyə düşən orta aylıq məbləğ 147 manat 48 qəpik təşkil edir. Ünvanlı sosial yardımın ödənilməsinə 866,5 min manat məbləğində vəsait sərf olunmuşdur.
Son məlumata əsasən rayonda 4006 nəfər vətəndaş müxtəlif təyinatlı sosial müavinət alır. 01 fevral 2016-cı il tarixdən bütün növ sosial müavinətlərin məbləği 10 faiz artırılmışdır. 6 ayda sosial müavinətlərin ödənilməsinə 1 milyon 844 min manat ödəniş aparılmışdır.
Penitensiar müəssisələrindən azad edilmiş 11 nəfər vətəndaşa 4620 manat məbləğində birdəfəlik müavinət ödənilmişdir.
Mərkəzin Sosial-məişət xidməti sektoru rayon ərazisində 221 nəfər ahıl və əlil vətəndaşa evlərində xidmət göstərir.        
DSMF-də uçot qeydiyyatında olan pensiyaçılar 13269 nəfərdir. “Əmək pensiyasının baza hissəsinin artırılması barədə” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli 1704 nömrəli Sərəncamının icrası ilə əlaqədar əmək pensiyalarının baza hissəsi 10 faiz artırılmışdır. Pensiyaların baza hissəsinin orta aylıq məbləği 129,6 min manat təşkil etmişdir. “Əmək pensiyasının sığorta hissəsinin indeksləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 yanvar 2016-cı il tarixli 1721 nömrəli Sərəncamının icrası ilə əlaqədar əmək pensiyalarının sığorta hissəsinin 4 faiz indeksləşdirilməsi aparılmaqla rayon üzrə orta aylıq artım məbləği 28,9 min manat olmuşdur. Artımlarla birlikdə vəsaitlər pensiyaçıların plastik kartına köçürülmüşdür. 6 ayda əmək pensiyalarının ödənilməsinə 13 milyon 508 min manat, digər müavinətlərin ödənilməsinə isə 215 min manat vəsait xərclənmişdir. Vəsaitin 11 milyon 590 min manatı ( 85,9 %)  Respublika fondundan, qalan 14,1 faizi yerli daxilolmalar hesabına həyata keçirilmişdirr. Pensiya və müavinətlər vaxtında ödənilmişdir.
“1941-1945-ci illər müharıbəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, müharibə illərində arxa cəbhədə fədakar əməyə görə orden və medallarla təltif edilmiş çəxslərə birdəfəlik maddi yardım edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 20 aprel 2016-cı il tarixli Sərəncamına əsasən birdəfəlik yardım ödəniləcək vəsait üzrə Fond tərəfindən 156 min 210 manat məbləğində maliyyələşdirmə açılmış, birdəfəlik maddi yardımlar vaxtında ödənilmişdir.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, əhaliyə pensiya və müavinətlərin vaxtında ödənilməsinin başlıca maliyyələşdirmə mənbəyi olan sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqqının tam həcmdə və müəyyən olunmuş müddətdə toplanması təmin olunmamışdır. Məcburi dövlət sosial sığorta haqları 2 milyon 403 min 500 manata qarşı 2 milyon 108 min 100 manat, yaxud 87,7 faiz yerinə yetirilmişdir. Əhaliyə pensiya və müavinətlərin vaxtında ödənilməsini təmin etmək üçün sığortaedənlərdən məcburi dövlət sosial sığorta haqlarının tam həcmdə və müəyyən olunmuş müddətdə yığılmasın təmin olunması üçün DSMF tərəfindən tədbirlər görülməlidir.
Rayon Məşğulluq Mərkəzi tərəfindən birinci rübdə 1889 nəfər işaxtaran vətəndaş rəsmi qeydiyyata alınmış, onlardan 487 nəfəri işlə təmin edilmişdir. İşlə təmin olunanların 34 nəfəri qadındır. 01 iyul 2016-cı il tarixə 418 nəfər işsiz statusu olan vətəndaş qeydiyyatdadır. 29 nəfərə işsiz statusu verilməklə onlara işsiz müavinəti təyin olunmuşdur.
2016-cı ildə işsiz və işaxtaran vətəndaşların müvəqqəti məşğulluğunu təmin etmək məqsədilə ölkə Prezidenti cənab İlham Əliyevin tapşırıq və tövsiyyələrinə əsasən rayon üzrə 368 iş yeri yaradılmışdır. Bunun da 178-i müxtəlif dövlət təşkilatlarında, 190-nı isə rayonda təmir-abadlıq işləri və çoxmənzilli binaların təmiri ilə əlaqədar yaradılmış iş yerləridir.  Yaradılmış iş yerlərinə 367 nəfər işsiz vətəndaşa Məşğulluq Mərkəzi tərəfindən göndəriş verilmiş və işlə təmin olunmuşlar. 
İşsiz vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi, kadr potensialının inkişaf etdirilməsi məqsədilə hesabat dövründə 18 nəfər qeyri-məşğul vətəndaş 3 aylıq “Traktorçu-maşınçı” peşə hazırlığı kursuna, gələcəkdə peşə seçiminə kömək məqsədilə 287 nəfər gənc peşə yönümü məsləhətlərinə cəlb olunmuşdur.   
Məşğulluq Mərkəzinin idarə və təşkilatlarla  daha sıx işgüzar əlaqələr qurması vacibdir. İdarə və təşkilatlar boş iş yerləri haqqında məlumatları müntəzəm olaraq Mərkəzə təqdim etməlidirlər. Eyni zamanda Məşğulluq Mərkəzi vətəndaşlara vakant iş yerlərinə göndəriş verdikdə uzun müddət qeydiyyatda olan vətıəndaşları nəzərə almalı, birinci növbədə onlara iş yerləri təklif etməlidir.
Kommunal Müəssisələri Kombinatı şəhər ərazisində 373 min kv. metr sahəsi olan küçə və meydanlara, 25,8 hektar yaşıllıq sahəsinə qulluq edir, küçələrdə 4509 ədəd işıqlandırılma nöqtəsinə nəzarəti həyata keçirir. Birinci yarımillikdə 350,9 min manat dəyərində kommunal xidməti göstərilmişdir ki, bu göstərici keçən ilin müvafiq dövrü ilə müqayisədə 90,2 min manat çoxdur. Xidmət olunan sahələrdə təmizlik, abadlıq və yaşıllaşdırma işlərini həyata keçirmək üçün  İsmayıllı şəhəri, Lahıc və Basqal qəsəbələrində  yüz nəfər müvəqqəti işə cəlb olunmuşdur.
Hesabat dövründə şəhərin təmiz saxlanması, məişət tullantıları və zibilin vaxtında daşınması üçün tədbirlər davam etdirilmişdir. Bu il Rayon İcra Hakimiyyətinin xətti ilə tutumu 0,75 kub metr olan 60 ədəd qapaqlı dəmir zibil yeşiyi və Çin Xalq Respublikasının istehsalı olan iri tutumlu zibildaşıyan maşın alınaraq Kombinata əvəzsiz olaraq verilmişdir. Şəhər daxilində yaşıllıqlara qulluq işləri davam etdirilir.
Görülmüş işlərlə yanaşı onu da qeyd etmək lazımdır ki, Kombinat tərəfindən təmizlik və abadlıq sahəsində görüləsi işlər hələ də çoxdur. 12 iyun tarixdə yağan güclü leysan yağış nəticəsində Məişət tullantıları poleqonunda yaranmış vəziyyət bir daha göstərdi ki, poleqonda işin təşkili qənaətbəxş deyildir. Torpaq bəndlərin yuyulması nəticəsində 10 illər ərzində poleqona daşınmış zibili sel suları yaxınlıqda olan taxıl zəmisinə yaymış, hətta Aşıqbayramlı gölünə kimi aparıb şıxarmışdır. Hazırda böyük əraziyə yayılmış zibil yığılaraq texnika vasitəsi ilə poleqona daşınır. Halbu ki, vaxtında müvafiq tədbir görülsəydi vəziyyət bu həddə gəlib çatmazdı.
Mənzil istismar sahəsinin xidmətində 1197 ailə yaşayan 977 mənzil vardır. Bu il Ə.Mahmudov küçəsində yerləşən 4 nömrəli və N. Gəncəvi küçəsində yerləşən 23 nömrəli mənzil fonduna daxil olan ümumiyaşayış binalarının şifer dam örtükləri metal dam örtüklərlə əvəz olunmuşdur. Binalarda ümumilikdə 63361 manat dəyərində təmir işləri görülmüşdür.
Hesabat dövründə əhaliyə 3375 manat dəyərində mənzil-kommunal xidməti göstərilmişdir. Yığım 103 faiz yerinə yetirilsə də xidmət tariflərinin aşağı olması səbəbindən təşkilat ziyanla işləyir. Rüb ərzində təşkilata büdcədən 9 min manat dotasiya verilmişdir. Təşkilatın maliyyə vəziyyəti qənaətbəxş deyildir. Hazırda 7565 manat debitor, 11341 manat kreditor borcu vardır.
İsmayıllı Poçt filialının 1 müştəri xidməti, 1 şəhər və 25 kənd şöbəsi əhaliyə və təşkilatlara müxtəlif adda poçt və maliyyə xidməti göstərir. Rüblük taarif gəlirləri proqnozu 112,1 min manata qarşı 128,1 min manat və ya 114,2 faiz yerinə yetirilmişdir. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 16,3 min manat çoxdur. Hesabat dövründə poçt göndərişləri vaxtında ünvan sahiblərinə çatdırılmışdır. Əhaliyə göstərilən poçt xidmətinin səviyyəsi əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,1 faiz, bank-maliyyə xidmətləri12,1 faiz yüksəlmişdir.
İsmayıllı Telekommunikasiya Qovşağı 6 ay ərzində 463,6 min manat gəlir əldə etmişdir ki, bu da ötən ilin eyni dövrü ilə müqyisədə 38,9 min manat çoxdur. 217 mənzilə yeni telefon çəkmiş, 706 abunəçinin telefon xəttini yenidən bərpa etmişdir. Qovşağın xidmət ərazisində 4023 abunəçi genişzolaqlı internet xidmətindən istifadə edir. Hesabat dövründə şəhərin məcburi köçkünlər üçün salınmış məhəlləsinə 128 nömrəlik yeni elektron ATS quraşdırılmış, 2,4 km. uzunluğunda fibro optik kabel çəkilmiş, daxili xətt şəbəkəsi istifadəyə verilmişdir.
İyun ayında rayonda baş vermiş təbii fəlakət nəticəsində Aşıqbayramlı və Kürdmaşı kəndlərində sıradan çıxmış rabitə xətləri bərpa olunmuş, Gəraybəyli, BasqaL, Lahıc, Balik, Quşencə, Diyallı, Sumağallı və Xanagah kəndlərində daxili xətt şəbəkəsində cari təmir işləri aparılmış, optik kabellər keçən ərazilərdə 64 ədəd nəzarət nişanları basdırılmış, 17 ədəd paylayıcı şkaf əsaslı təmir olunmuşdur.
Rayonda əhaliyə göstərilən nəqliyyat xidməti əsasən “İsmayıllı-Avtonəqliyyat” ASC- tərəfindən həyata keçirilir. Müəssisə tərəfindən şəhərdaxili sərnişin daşınmasında qayda yaradılmış, avtobus marşrutunun ümumi uzunluğu artırılmış, şəhərin əsas massivlərini əhatə etməklə avtobusların iş vaxtı saat 19-a qədər uzadılmışdır. Avtobuslara texniki qulluq və təmir işləri vaxtlı-vaxtında aparılmış, texniki sazlığa daim nəzarət edilmişdir.
Bununla belə səhmdaq cəmiyyətin balansında olan 5 yük maşınından hazırda cəmi bir ədədi icarəyə verilmişdir. Qalan 4 maşının sürücüləri rayon ərazisində yükdaşımaya sifarişin az olduğunu bildirərək avtomobilləri təhvil verərək işdən azad olunmuşlar. İsmayıllı-Avtonəqliyyat” ASC maliyyə vəziyyətini yaxşılaşdırmaq üçün yük maşınlarından da səmərəli istifadə olunması üçün müvafiq tədbirlər görməlidir.
Hesabat dövründə Rayon icra Hakimiyyəti başçısının  İƏD üzrə nümayəndəliklərində əmək intizamının daha da gücləndirilməsi və nümayəndəliklərin fəaliyyəti diqqət mərkəzində saxlanılmışdır. Rayonun bütün yaşayış məntəqələrinin ərazisində ictimai-siyasi sabitliyin qorunması, ictimai asayişin mühafizəsi təmin edilmiş, hər bir nümayəndəlik tərəfindən ərazidə baş vermiş hadisələr və dəyişikliklər barədə gündəlik məlumatlar alınaraq ümumiləşdirilmişdir.
Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Nazirlər Kabinetinin qərarları və digər rəhbər orqanların hüquqi aktlarının öyrənilməsi və nümayəndəliklər ərazisində əhali arasında təbliğ edilməsi məqsədi ilə maarifləndirici tədbirlərin keçirilməsi təmin edilmişdir.
Aparılan islahatlar, həyata keçirilən elmi-pedaqoji tədbirlər sayəsində zəngin maarifçilik ənənələrinə malik olan təhsilimiz 2016-cı  ilin birinci yarsında daha da inkişaf etmiş, rayonun təhsil uğurları artmışdır. Məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi, yeni texnologiyaların tətbiqi, təhsilin müasir standartlara uyğunlaşdırılması istiqamətində tədbirlər davam etdirilmişdir. Keçirilən respublika, zona və rayon səviyyəli tədbirlərdə, bilik yarışlarında, fənn olimpiadalarında, müxtəlif müsabiqələrdə, idman yarışlarında  şagirdlərimiz yüksək uğurlar qazanmışlar. İstedadlı şagirdlərimiz fənn olimpiadalarında yüksək bilik nümayiş etdirmişlər. Təhsil Nazirliyinin keçirdiyi Beynəlxalq fənn olimpiadalarının seçimində kimya, riyaziyyat, fizika fənnləri üzrə rayon məktəblərinin 5 nəfər şagirdi qaliblər sırasında olmuşdur.
80 ümumtəhsil məktəbinin 50-si, 10 məktəbəqədər uşaq müəssisəsinin 6-sı, 5 məktəbdənkənar müəssisəsinin 4-ü istilik sistemi, digər təhsil müəssisələri isə odun yanacağı ilə qızdırılır. Məktəblərdən 8-nin istilik sistemi qazla, 10-u elektrik enerjisi ilə, digərləri isə dizel yanacağı ilə işləyir.
Ümumtəhsil müəssisələrində 1224 ədəd kompüter, 100-dən çox proyektor, 46 ədəd elektron löhvə şagirdlərin istifadəsindədir. Rayon üzrə hər 9 şagirdə 1 kompüter düşür. Məktəblərin əksəriyyətinin internetə çıxışı vardır.
Vergilər Nazirliyinin xətti ilə rayonda fərdi təhsil alan 20-yə yaxın əlil uşağa “Nootbuk” verilmiş, onların distant təhsil almağı üçün normal şərait yaradılmışdır.
Yaponiyanın İto şəhəri ilə İsmayıllı rayonu arasında bağlanmış dostluq xartiyası əsasında çox geniş təhsil proqramı həyata keçirilir. “Yaponiyanın kəşf edək” Mərkəzində distant yolla şəhər 1 saylı tam ort məktəbin bir qrup şagirdi yapon dilini öyrənir.
Akademik Zərifə xanım Əliyevanın xatirəsinə həsr olunmuş “Qələbəyə doğru” intellektual bilik yarışında rayonumuzun komandası bütün rəqiblərinə qalib gələrək I yeri tutmuşdur. Təzəkənd tam orta məktəbinin komandası “Ekoerudit” ekoloji breyn-rinq bilik yarışında birincilik əldə etmişdir.
Rayonun qabaqcıl gənc yaradıcı müəllimləri Türkiyə, Rusiya, ABŞ, Almaniya, Yaponiya, Fransa, İngiltərə və s. ölkələrdə təhsillə bağlı keçirilən tədbirlərdə iştirak etmiş, təcrübə mübadiləsində olmuşlar.
Respublika səviyyəsində keçirilən müxtəlif inşa yazı müsabiqələrində şagirdlərimiz fəal iştirak etmiş və uğurlu nəticələr əldə etmişlər. Təhsil Nazirliyinin və Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin birgə keçirdiyi “Milli-mənəvi dəyərlər haqqında düşüncələrim” mövzusunda respublika inşa yazı müsabiqəsində şəhər 1 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi qalib gələrək 2-ci dərəcəli diplomla təltif edilmişdir. “Gələcək nəsillərlə üz-üzə” ümumrespublika inşa yazı müsabiqəsində 4 nəfər şagirdimiz qaliblər sırasında olmuşdur.
İdmanın müxtəlif sahələri üzrə yarışlarda məktəblilərimizin fəal iştirakı təmin olunmuşdur. Şəhər 5 saylı  tam orta məktəbin II sinif şagirdi Gülşən Allahverdiyeva 8 yaşadək qızlar arasında şahmat üzrə Azərbaycan birinciliyində II yerə çıxmış, Praqa şəhərində keçiriləcək Avropa birinciliyində iştirak etmək hüququ qazanmışdır.
İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolleci və Peşə Tədris Mərkəzi hesabat dövründə təhsilin müasir tələblər səviyyəsində təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi, rayonun inkişafı ilə bağlı daha vacib peşə profillərinin yaradılması, gənclərin müxtəlif peşələrə, xüsusilə sənətkarlıq sahələrinə həvəsləndirilməsi sahəsində əhəmiyyətli işlər görmüş, tədbirlər icra etmişdir. Kollecdə 10 ixtisas üzrə kadr hazırlığı həyata keçirilmişdir. 41 rayonu, 431 nəfəri əhatə edən tələbələrin 117 nəfəri bu ilin məzunu olmuşlar. Peşə Tədris Mərkəzini bitirən məzunların seçdikləri peşələr üzrə yerləşdirilməsinə köməklik göstərilmiş, məşğulluğunun təmin edilməsi üçün müxtəlif şirkətlər, idarə və müəssisələrlə işgüzar əlaqələr yaradılmışdır.
Bütün bunlarla yanaşı, rayonda təhsil sahəsində bəzi problemlər qalmaqdadır. 3 tam orta və 6 ümumi orta məktəbin binası qəzalı vəziyyətdədir. 4 ibtidai məktəbin və Texniki Yaradıcılıq Mərkəzinin öz binası yoxdur. Çəmənli, Çərmədil, Köhnədaxar və Kəlfərəc kəndlərində ümumtəhsil  məktəblərinin açılmasına ciddi  ehtiyac vardır. Mövcud 10 məktəbəqədər uşaq müəssisəsindən 7-si uyğunlaşdırılmış binada fəaliyyət göstərir. Rayonda məktəbəqədər yaşlı uşaqların sayı 5 min nəfərdən artıq olduğu halda, yalnız onlardan 395 nəfərinin bağçalara cəlb olunma imkanı mövcuddur.
Qış mövsümündə məktəblərin qızıdrılması üçün dizel yanacağı və oduna ayrılan vəsait tələbatı ödəmir. Bu səbəbdən istilik sistemlərini fasiləsiz işlətmək  mümükün olmur, qışda  donaraq sıradan çıxır. Məktəb qazaxanalarına qaz yanacağının verilməsi bu problemi birdəfəlik həll edərdi.
Cari ilin 6 ayı ərzində səhiyyə sahəsində əhalinin sağlamlığının qorunması istiqamətində əsaslı tədbirlər həyata keçirilmişdir. Rayon Mərkəzi Xəstəxanası əsaslı təmir və yenidənqurmadan sonra tam gücü ilə işləyir. Birinci yarımildə əhaliyə göstərilən səhiyyə xidmətlərinin yaxşılaşdırılması istiqamətində  tədbirlər davam etdirilmişdir. Rayonun tibbi xidmət şəbəkəsi 160 çarpayılıq Rayon Mərkəzi Xəstəxanasından, 15 çarpayılıq Lahıc qəsəbə və İvanovka kənd xəstəxanalarından, 500 gəlişli RMX-nın poliklinika şöbəsindən, 50 gəlişli uşaq poliklinikasından, 11 kənd həkim və 24 tibb məntəqəsindən, Gigiyena və Epidemiologiya Mərkəzindən ibarətdir.
Rayonun səhiyyə sektorunda 106 nəfər həkim, 328 nəfər orta tibb işçisi çalışır. Hal-hazırda 30 nəfər həkim, 27 orta tibb işçisi  vəzifəsi vakantdır. Əhalinin hər on min  nəfərinə 13 həkim, 38 orta tibb işçisi düşür. Yuxarı Cülyan, Çandahar, Xankəndi tibb məntəqələri kadr çatışmadığına görə müvəqqəti fəaliyyət göstərmir. Altı ayda 20 nəfər həkim, 18 nəfər orta tibb işçisi təkmilləşmə kurslarına göndərilmişdir.
Basqal, Tircan, Təzəkənd, Quşencə, Talıstan, Qalınçaq kənd həkim məntəqələrində həkim vəzifələri vakantdır. Qalınçaq  və Basqal  həkim məntəqələrinin təmirə ehtiyacı vardır.
2016-cı ilin birinci yarısında 3 xəstəxanada 1452 nəfər xəstə müalicə olunmuşdur. Mərkəzi Xəstəxanada 157 cərrahi əməliyyat aparılmışdır ki, bunlardan  89-u təxirəsalınmaz, 68-i planlı əməliyyat olmuşdur. Hesabat dövrü ərzində nigaha daxil olmaq istəyən 261 cütlük müayinə olunmuş, onlardan 14 nəfərinin talassemiya daşıyıcısı olduğu aşkar edilmişdir. Müayinə olunanların 14 nəfərində isə infeksiya müəyyənləşdirilmişdir.
Yeni açılmış dializ şöbəsində xroniki böyrək çatışmazlığı olan xəstələr müalicə olunmuşdur.  2016-cı ilin birinci rübündə 43 nəfər şəkər xəstəsi qeydiyyata götürülüb. Şəkərli xəstələr dövlət tərfindən özünənəzarət aparatları və  şəkərsalıcı dərmanlarla təmin olunur. Səhiyyə Nazirliyinin 05 iyun 2014-cü il “Hepatit virusuna yoluxmuş xəstələrin müayinə və müalicəsinin təşkili barədə” 547 nömrəli əmrinə uyğun olaraq hepatitli xəstələr RMX-nın Poliklinika şöbəsində qeydiyyata götürülür və hərtərəfli müayinə və müalicə üçün Klinik Tibbi Mərkəzə göndərilir.
Ölkə rəhbərinin tapşırığına uyğun olaraq 2016-cı ilin fevral ayının 15-dən may ayının 15-nə kimi   rayonda əhalinin tibbi müayinəsi aparılmış, 18 yaşdan yuxarı 50518 nəfər tibbi müayinədən keçmişdir. Daha ciddi müayinə və müalicəyə ehtiyacı olan 43 nəfər vətəndaş Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Son məlumata əsasən rayonda 580 nəfər ilkin onkoloji xəstə, 486  nəfər vərəm xəstəsi və 1286 nəfər şəkərli diabet xəstəsi qeydiyyatdadır. Bir çox xəstəliklər üzrə əhali pulsuz dərmanlarla təmin olunur. 
Hesabat dövrü ərzində 232 yeni doğulmuş  uşaq qeydiyyata götürülmüşdür. 6 ay ərzində rayonda ana ölümü hadisəsi olmamışdır. 1 yaşa qədər 3 uşaq,1-5 yaşda isə 2 uşaq ölümü qeydə alınmışdır. Rayonda difteriya, polimelit, tetanus, qara yara kimi yoluxucu xəstəliklər baş verməmiş, vaxtında profilaktiki tədbirlər görülmüşdür. Uşaqlar arasında profilaktiki peyvəndlər təqvim planına uyğun, vaxtında aparılmışdır.
Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən kommunal, ticarət, ictimai iaşə, təhsil və uşaq müəssisələrində sanitariya nəzarəti həyata keçirilmiş, aşkar olunan nöqsanların aradan qaldırılması istiqamətində tədbirlər davam etdirilmişdir.12 iyun 2016-cı il tarixdə leysan yağışları nəticəsində məişət tullantıları poliqonunda baş vermiş daşqın nəticəsində Balik, Enişdibi, Aşıqbayramlı və Kürdmaşı kəndlərinin məişət tullantıları ilə çirklənməsi baş vermişdir. Yoluxucu xəstəliklərin qarşısını almaq üçün bu ərazilərdə dezinfeksiya işləri aparılmışdır və vəziyyət hazırda nəzarətdə saxlanılır.
Rayonda Mədəniyyət və Turizm  sisteminə  daxil olan 5 yaradıcılıq evi, 31 klub, 46 kitabxana, 1 Mədəniyyət Mərkəzi, 1 Uşaq İncəsənət məktəbi, Lahıc və Basqal Tarix- Mədəniyyət Qoruqları, İsmayıllı və Lahıc Tarix Diyarşünaslıq Muzeyləri, Heydər Əliyev Mərkəzi, İsmayıllı Dövlət Rəsm Qalereyası,İsmayıllı Turizm İnformasiya Mərkəzi fəaliyyət göstərir. Mədəni-maarif müəssisələrində 333 nəfər ali, orta ixtisas və ümumi orta təhsilli işçi çalışır. Azərbaycan Respublikası Prezidentinin 29 mart 2016-cı il tarixli Sərəncamı ilə İsmayıllı Mədəniyyət və Turizm Şöbəsinin bazasında İsmayıllı Regional Mədəniyyət və Turizm İdarəsi yaradılmışdır. 
2016-cı ilin 6 ayı ərzində Rayon Mədəniyyət və Turizm Şöbəsi tərəfindən bir sıra mədəni-kütləvi tədbirlər hazırlanıb həyata keçirilmişdir. Bakı şəhərində, ölkənin digər regionlarında keçirilən respublika əhəmiyyətli müsabiqə, sərgi və yarışlarda müxtəlif, məzmunlu mədəni-kütləvi tədbirlərdə  rayonunmuz  yüksək səviyyədə təmsil olunmuşdur.
Turizmin inkişafına dair Dövlət Proqramında turizm sektorunun dayanıqlı inkişafını təmin etmək dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Rayonda yeni turizm və istirahət mərkəzlərinin tikilib istifadəyə verilməsi, bölgəyə daha çox xarici və yerli turistlərin cəlb olunması sahəsində müəyyən işlər görülmüş, rayonda 5 ştat vahidi olmaqla Turizm İnformasiya Mərkəzi fəaliyyətə başlamışdır. Regionda turizmin müxtəlif növləri-ekoturizm, kənd turizmi, mədəni turizm, qış və yay turizmi marşurutlarının yaradılmasına və müvafiq turizm növlərinin inkişaf etdirilməsi istiqamətində tədbirlərin icrasına başlanmışdır. Rayon İcra Hakimiyyəti başçısının 26 aprel 2016-cı il tarixli 54 nömrəli sərəncamı ilə müvafiq layihə əsasında “Sənətkarlıq bazarı” tikilib istifadəyə verilmişdir.
Hesabat dövründə 22 mindən çox xarici və yerli turist rayonumuzda istirahət etmiş, regionun flora və faunası, tarixi abidələri ilə tanış olmuşdur. Son vaxtlar Lahıc və Basqal Tarix-Diyarşünaslıq muzeylərinə, Dövlət Qoruqlarına gələnlərin sayı  xeyli artmışdır.
Rayon Mədəniyyət və Turizm Şöbəsi 2016-cı ilin ötən dövrü ərzində xeyli sayda mədəni-kütləvi tədbirlərin  icrasına nail olmuşdur. Rayon İcra Hakimiyyəti başçısının tapşırığına uyğun olaraq təşkilat komitəsi tərəfindən istedadlı gənclər tapılıb aşkar edilmiş, bu məqsədlə muğam, musiqi, rəqs, rəsm, bədii qiraət üzrə baxış-müsabiqələri keçirilmişdir.
Dövlət tədbirlərinin, tarixi günlərin, əlamətdar hadisələrin, milli bayramların və digər tədbirlərin təşkili və keçirilməsində rayon Mədəniyyət və Turizm şöbəsi yaxından iştirak edir. Azsaylı xalqların, etnik qrupların milli-mədəni irsi daim diqqətdə saxlanmış, folklor qruplarının çıxışları təşkil edilmişdir.
16-24 mart tarixlərində Prezident İlham Əliyevin tapşırığına əsasən “Ölkəmizi tanıyaq” devizi altında Mədəniyyət və Turizm Nazirliyinin və Təhsil Nazirliyinin birgə maarifləndirici tur-aksiyaları çərçivəsində Mingəçevir, Ağcabədi, Bərdə, Daşkəsən, Goranboy və Naftalan rayonlarından gələn məktəblilər Lahıc qəsəbəsi, İvanovka kəndi  və Heydər Əliyev Mərkəzi ilə yaxından tanış olmuşlar.
Mədəniyyət və turizm sahəsi üzrə ciddi problemlər, çatışmazlıqlar daha çoxdur. Bütün sahələr üzrə kadr tərkibinə yenidən baxılmalıdır. Rayon Mədəniyyət Mərkəzində çalışanlar öz fəaliyyət sahələrini yaxşı bilmir, bir qrupu tutduğu vəzifənin məsuliyyətini dərindən dərk etmir, yalnız işə gəlib-getməklə öz funksiyasını bitmiş hesab edir. Rəhbərlik onlara qarşı seyirci mövqe tutur. Rayon İncəsənət məktəbindəki mövcud vəziyyət ciddi narahatlıq doğurur. Məktəbdə psixoloji mühit, əmək və icra intizamı çox aşağı səviyyədədir. Məktəbə elmi-pedaqoji əsaslarla rəhbərlik edilmir. Müəllimlərin çoxunun xtisas səviyyəsi aşağıdır.
Ölkəmizdə dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyə nail olunması, konfessiyalar arasında dözümlülük mühitinin dövlət səviyyəsində qorunub saxlanması istiqamətində əsaslı işlər görülür, cənab İlham Əliyevin rəhbərliyi altında respublikamızda tolerantlıq mühiti daha da möhkəmlənir. Azərbaycanda tolerantlıq, multikulturalizm dövlət siyasətinin tərkib hissəsini təşkil edir. Bunu nəzərə alaraq Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2016-cı ili "Multikulturalizm ili" elan etmişdir. Ölkə başçısının tapşırığına əsasən rayon icra hakimiyyətləri strukturunda, İctimai-siyasi və humanitar məsələlər şöbəsində bu sahə ilə məşğul olan ştat yaradılmış, sahə üzrə məsələlərin tənzimlənməsi daha dolğun xarakter almışdır.
Dövlət-din münasibətlərini, tolerantlığı və multikulturalizmi, müasir dövrün çağırışlarına uyğunlaşdırmaq məqsədilə rayonda xeyli iş görülmüş, tədbirlər hazırlanıb həyata keçirilmişdir. Belə ki, rayonda fəaliyyət göstərən dini icma sədrləri, axund və imamlar, dini ayinlərin icraçıları ilə görüşlər keçirilmiş, radikal dini cərəyanlara mənsublara qarşı mübarizə tədbirləri gücləndirilmişdir. Yerlərdə dini maarifləndirmə tədbirləri həyata keçirilmiş “Multikulturalizm ili” ilə bağlı çoxsaylı tədbirlərin icrasına nail olunmuş, dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin hazırladığı “Fitnə” filmi yerlərdə nümayiş etdirilmişdir.
Azərbaycan Respublikası Prezidenti yanında Bilik Fondu və İsmayıllı RİH-nin birgə təşkilatçılığı ilə “Dövlət-din münasibətləri, tolerantlıq və multikulitarizm Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindəndir” mövzusunda elmi konfrans keçirilmişdir. Cümə məscidi nəzdində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin elan etdiyi qrant layihəsi hesabına  kitabxana yaradılmışdır. RİH başçısı yanında yaradılmış “Dini komissiyanın tərkibi yeniləşdirilmiş, rayonda olan din xadimləri, mövcud məscidlər, ziyarətgahlar, pirlər haqqında məlumat bankı yaradılmış, “Dini xəritə” hazırlanmışdır. İnternet məkanlarında, sosial şəbəkələrdə, KİV-də, mətbuatda dini mövzularda, tolerantlıq və multikulitarizmlə bağlı materiallar, yazılar verilmişdir.
Qeydiyyatdan keçməyən dini icmaların və məscidlərin Dövlət qeydiyyatından keçməsi üçün müvafiq tədbirlər görülür, rayonda bu sahə üzrə məsələlər “Dini etiqad azadlığı haqqında”  Azərbaycan Respublikası Qanununa uyğun tənzimlənir.
“Multikulitarizm ili” ilə əlaqədar rayonun bütün kəndlərini əhatə edəcək iri yaşayış məntəqlərində konfransların, yığıncaq və toplantıların, dəyirmi masaların keçirilməsi işi davam etdirilir. Rayonda Azərbaycan Respublikası Prezidenti yanında “Bilik Fondu”nun “İsmayıllı Bilik Evi” Regional Mərkəzi yaradılmış, Mərkəz 3 ştat vahidi ilə işə başlamışdır. Rayon rəhbərliyi Mərkəz üçün müasir tələblərə cavab verən bina ayırmışdır.
Rayonda Dövlət-gənclər siyasəti sahəsində əsaslı işlər görülmüşdür. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması, onların düzgün həyat tərzi seçməsi, zərərli vərdişlərdən uzaq olması, asudə vaxtının səmərəli təşkili və intellektual səviyyəsinin artırılması istiqamətində bir sıra tədbirlər həyata keçirilmişdir. Hesabat dövrü ərzində gənclərlə iş sahəsində 33 tədbir keçirilmişdir ki, onlardan 5-i respublika , 2-si regional, 26-sı isə rayon miqyaslıdır. İdman sahəsində 59 tədbir keçirilməklə 9-u respublika, 2-si beynəlxalq, 48-i isə rayon əhəmiyyətli olmuşdur. Mart ayında Şamaxı şəhərində keçirilən “Xəmsə” milli intellektual oynunda rayonumuzun “Babadağ” komandası 1-ci yerə layiq görülmüşdür.
İsmayıllı Olimpiya İdman Kompleksi rayonda idmançı gənclərin yetişməsi sahəsində məqsədyönlü iş aparır, fəaliyyətini Rayon Gənclər İdman İdarəsi ilə birgə qurur. Cənab Prezidentin İsmayıllıya sonuncu səfəri zamanı Olimpiya İdman Kompleksinin yenidən qurulması və əsaslı təmiri icra olunur və yaxın vaxtlarda tam həllini tapacaqdır.
2016-cı ilin birinci yarısında rayonumuzda Gənclər və İdman Nazirliyinin maliyə dəstəyi ilə “Narkotiklərə Qarşı Təbliğat” İctimai Birliyi “Sağlam cəmiyyətə doğru”, “İrəli” İctimai Birliyinin dəstəyi ilə “Möcüzəli ünsiyyət” festivalı layihəsi həyata keçirilmişdir. Belə layihələrin keçirilməsi gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə, zərərli vərdişlərdən uzaq olmasına, vətənpərvərlik ruhunda böyüməsinə çox önəm verir.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Regional İnkişaf” İctimai Birliyi təsis edilmişdir. İctimai Birliyin başlıca məqsədi ölkənin ictimai-siyasi, sosial-mədəni həyatında, vətəndaş cəmiyyəti quruculuğunda daha fəal layihələr həyata keçirmək, aparılan islahatlar, o cümlədən dövlət tərəfindən regionların inkişafı üzrə həyata keçirilən tədbirlərə geniş dəstək göstərmək, vətəndaşlarla dövlət və bələdiyyə orqanları arasında qarşılıqlı dialoqun qurulması, ictimai nəzarət mexanizimin gücləndirilməsi istiqamətində fəaliyyət göstərməkdən ibarət olmuşdur. 
İşğalçı ermənilərin xalqımıza, tarixi torpaqlarmıza qarşı yürütdüyü təxribatlar  davam etməkdədir. Aprel  hadisələri bunu bir daha təsdiq etdi.  Bütün Azərbaycan xalqı kimi, İsmayıllılar da erməni vadallarına qarşı güclü mübarizə əzmindədir. İsmayıllı gəncləri Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyətli mövqeyinə və onun rəhbərliyi ilə Böyük Qələbə uğrunda döyüşə hazırdırlar. Aprel hadisələri zamanı şəhid olmuş, qəhrəman eloğlumuz Vahabzadə Mikayıl Yaqub oğlunun dəfn mərasimi kütləvi mübarizə əzmini bir daha nümayiş etdirdi.
Hörmətli yığıncaq iştirakçıları, qətiyyətlə bildirmək istərdim ki, ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunu ölkə daxilində və beynəlxalq miqyasda inamla davam etdirən cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinə İsmayıllıda da sədaqət göstərilir, onun fərman, sərəncam və tapşırıqları dönmədən həyata keçirilir. Rayonda siyasi fəaliyyət Azərbaycan Respublikası Prezidenti Administrasiyasının göstəriş və tapşırıqlarına uyğun aparılır. RİH siyasi-ideoloji işi bütün fəaliyyət istiqamətinin  önündə görür. Rayonda ictimai-siyasi mühit getdikcə saflaşır, normal, işgüzar şərait formalaşır.
“Heydər Əliyev idarəetmə məktəbi” hesabat dövrü ərzində öz fəaliyyətini davam etdirmiş, ayda bir dəfə məşğələsi keçirilmişdir. Təbliğat qrupları ölkə prezidentinin ictimai-siyasi fəaliyyətinin təbliğini daha canlı və effektiv şəkildə təbliğ etmiş, kütlələr arasında təbliğat işi aparmışlar. “Bilik Fondu”nun İsmayıllı bölməsi tərəfindən bir sıra layihələrin icrası həyata keçirilmişdir.
İdeoloji işin gücləndirilməsini təmin etmək üçün Heydər Əliyev Mərkəzinin imkanlarından səmərəli şəkildə istifadə edilmişdir.Mərkəzdə müxtəlif qrup vətəndaşlarla görüşlər, ictimai-siyasi tədbirlər keçirilmiş, peşə və dövlət bayramları qeyd olunmuşdur. Xarici ölkələrdən gələn qonaqlar bir qayda olaraq Mərkəzlə yaxından tanış edilmişdir.
Əsaslı təmir olunmuş, yenidən qurulmuş “Şəhidlər Xiyabanı”, şəhərin Nizami küçəsində ucaldılmış “Soyqırım xatirə kompleksi” davamlı olaraq ziyarət olunmuş, xalqımızın faciə günləri əsasən bu abidələrin önündə qeyd olunur.
Yeni Azərbaycan Partiyasının sıraları durmadan genişlənir. Hazırda partiya üzvlərinin sayı 8168 nəfərdir. 2016-cı ilin 6 ayı ərzində 75 nəfər partiya sıralarına qəbul olunmuşdur.
Rayonun Belorusiya, Yaponiya, Fransa, Ukrayna, İsrail və s. ölkələrlə dostluq əlaqələri genişlənir, qarşılıqlı səfərlər, iqtisadi, siyasi, aqrar, sənaye sahəsində təcrübə mübadilələri aparılır. Bu yaxınlarda İsmayıllı nümayəndə heyəti Belorusda rəsmi səfərdə olmuş, Yaponiya və İsrail dövlətlərinin rəsmi nümayəndələri İsmayıllıya səfər etmişlər.
Hesabat dövrü ərzində rayonda qeyri-hökumət təşkilatlarının, ictimai təşkilatların, fondların, Komitə və Nazirliklərin keçirdiyi çoxsaylı tədbirlərə İsmayıllı ev sahibliyi etmiş, Respublika və region əhəmiyyətli tədbirlərin reallaşmasına normal şərait yaratmışdır. “Multikulturalizm ili”, aqrar məsələlərlə bağlı keçirilən konfranslar daha məzmunlu xarakter daşımışdır.
İsmayıllı Uşaq və Ailələrə Dəstək Mərkəzi problemli ailələri, xüsusi qayğıya ehtiyacı olan uşaqlarla bağlı məqsədyönlü iş aparmış, mərkəzə 6 ay ərzində 96 nəfər müraciət etmişdir. Məişət zorakılığı ilə bağlı 11 müraciətə baxılmış, boşanma təhlükəsi olan 7 ailə ilə iş aparılmışdır. Qadın İcma İnformasiya Mərkəzindən 361 nəfər qadın istifadə etmişdir. Fəaliyyət planına uyğun 6 ayda 10 tədbir keçirilmişdir.
Rayonda fəaliyyət göstərən 5 qeyri-hökumət təşkilatı rayon şöbələrinin aktiv fəaliyyəti hiss olunmur.                 
“İsmayıllı xəbərləri” qəzeti, həmişə olduğu kimi, 6 ay ərzində də maraqlı və məzmunlu sayları ilə oxucuların diqqətini cəlb etmiş, bütövlükdə rayonun ictimai-siyasi həyatını geniş şəkildə işıqlandırmışdır.Qəzetin daha dolğun və məzmunlu çıxmasını təmin etmək məqsədilə yeni redaksiya heyəti yaradılmışdır.
Hörmətli yığıncaq iştirakçıları, ictimai-siyasi mühitin sabitliyi, siyasi fəaliyyətin qanuni əsasda təşkili, insanların sosial həyatının zənginləşdirilməsi Rayon İcra Hakimiyyətinin gündəlik diqqətində olmuşdur. Rayon İcra Hakimiyyətində əhalinin qəbulu, onları narahat edən problemlərin həllinə diqqət daha da artırılmışdır. Hesabat dövründə Rayon İcra Hakimiyyətin 687 ədəd vətəndaş müraciəti daxil olmuş, müraciətlərə qanunvericiliyin tələbləri səviyyəsində baxılmışdır. Rayon İcra Hakimiyyəti aparatında keçirilən qəbullarda 494 nəfər vətəndaş qəbul edilmişdir. Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən yerlərdə 30 səyyar-qəbul keçirilmiş, səyyar qəbullarda 2782 nəfər vətəndaş iştirak etmişdir.  RİH başçısı aparatında fəaliyyət göstərən 164 nömrəli qaynar xəttə 65 vətəndaş müraciəti daxil olmuşdur. Aparatda və səyyar qəbullarda, həmçinin qaynar xətt vasitəsi ilə vətəndaşlar tərəfindən qaldırılan bütün təkliflər və müraciətlər diqqətlə araşdırılmış onların həlli istiqamətində müvafiq tədbirlər görülmüşdür.
Hörmətli yığıncaq iştirakçıları, ilin birinci yarısınin sosial-iqtisadi inkişafına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncaqda cənab Prezident bütün sahələr üzrə qarşıda duran vəzifələr barədə proqram xarakterli təklif və tövsiyyələr vermişdir. Qarşıya qoyulmuş vəzifələrin icrası hər birimizdən dərin məsuliyyət, işgüzarlıq, məsələlərə diqqətlə və qayğı ilə yanaşmaq tələb edir. Cənab Prezident İlham Əliyevin daxili və xarici siyasətinə İsmayıllıda da sədaqət göstərilir, onun fərman, sərəncam və tapşırıqları dönmədən həyata keçirilir. Əminik ki, Azərbaycanın uğurlu gələcəyi naminə yerinə yetiriləsi vacib olan çox böyük işlər müvəffəqiyyətlə həyata keçiriləcəkdir. Qarşıya qoyulmuş vəzifələrin uğurla yerinə yetirilməsi üçün Sizə müvəffəqiyyətlər arzulayıram.

Diqqətinizə görə təşəkkür edirəm.

Keçidlər