Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllının Sumağallı kəndində mavi alov şölələndi

25 may 2016 | 16:00

Rayon İcra Hakimiyyətinin rəhbərliyi Sumağallı kəndində görüş-qəbul keçirərkən şəxsi problemləri ictimailəşdirməkdən uzaq olan sakinlər kəndə qaz çəkilməsini hamılıqla xahiş ediblər.
Heydər Əliyev Fondu İsmayıllıda “Regional İnkişaf” İctimai Birliyini təsis etdikdən sonra əhali ilə görüş məkanı Sumağallını seçiblər. Heydər Əliyev Fondunun İcraçı direktoru Anar Ələkbərovun rəhbərliyi ilə keçirilən görüşdə-səmimi və işgüzar söhbətdə də əsas xahiş kəndə qaz verilməsinə köməklik göstərməkdən ibarət olub.
Bütün aid təşkilatlar qüvvələri bir araya gətirərək Sumağallı kəndində yaşayan insanların həyatına rahatlıq gətiriblər. Kəndə qaz verilib.
Qısa müddətdə 17 min 200 poqon-metr müxtəlif diametrli qaz xətti çəkilib, 301 ədəd fərdi tənzimləyici və sayğac quraşdırılıb. Texniki təhlükəsizlik qaydaları ilə hər bir abonent tanış edilib, xətlər texniki sınaqdan keçirilib.
25 may 2016-cı il tarixdə kəndin mərkəzi meydanında bu münasibətlə təntənəli mitinq olub.
Qadınlar adından çıxış edən Arzu Mirzəyeva, kənd ağsaqqalı Ağasəf Mirzəyev və ziyalı Rza Salahov çıxış edərək  xalqa bu səviyyədə xidmətə, sosial problemlərinin uğurlu həllinə və məişətlərinə, ümumilikdə həyatlarına bəxş olunan rahatlığa görə Prezdent İlham Əliyevə və Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıqlarını  bildiriblər. Qaz çəkilişində əməyi olan hər bir kəsə təşəkkür ediblər.
“Azərqaz” İstehsalat birliyinin baş direktoru Əkbər Hacıyev və “Regional İnkişaf” İctimai Birliyinin sədri Məhəmməd Abdullayev çıxış edərək deyiblər ki, ölkə əhalisinin sosial həyatının daha da zənginləşməsi  üçün Respublikamızda  ardıcıl və sistemli tədbirlər həyata keçirilir.  Mənsub olduğumuz təşkilatlar bu tədbirlərin icrasında ön sıralarda gedir.
Rayonun sosial problemlərinin həllində, iqtisadi inkişafında insanların həyatının zənginləşməsində rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov və Millət Vəkili Novruz Aslanov birgə fəaliyyət göstərirlər. N.Aslanov çıxışında bunları vurğulamaqla yanaşı, Heydər Əliyev  Fondunun  Prezidenti, Millət Vəkili Mehriban xanım Əliyevanın aministiya təşəbbüsü ilə çıxış etməsi barədə məlumat verib, həm də birinci xanıma minnətdarlıq edib. Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov hər bir vətəndaşın qayğısını çəkdiyi üçün Prezident İlham Əliyevə, bu istiqamətdə həmişə cənab Prezidentlə birgə olan Mehriban xanım Əliyevaya minnətdarlıq edib. Layihənin icraçılarına təşəkkürünü bildirib.
Kənd ictimaiyyəti nümayəndələri və qonaqlar açılış məşəlini alovlandırıblar.
Ramiz Mürsəliyevin evində ilk olaraq qaz sobası yandırılıb.

Keçidlər