Şriftin ölçüsü :

Saytın rəngi :

Şagirdlər arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib

24 may 2016 | 16:00
İsmayıllı rayon Gənclər və İdman İdarəsi və təhsil şöbəsinin birgə təşkilatçılığı ilə 28 May - Respublika günü münasibətilə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri arasında “Səni tərənnüm edirəm, doğma Azərbaycanım!” mövzusunda inşa yazı müsabiqəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən müsabiqədə 13 məktəbdən 25 şagird iştirak edib. Müsabiqəyə böyük həvəslə qoşulan iştirakçılara bir saat vaxt verilib. Hər bir şagird öz bilik və istedadı ilə özünəməxsus tərzdə Azərbaycanımızı tərənnüm etməyə çalışıb.
Yaradılan xüsusi komissiya təqdim olunan inşa yazı müsabiqələri ilə əlaqədar yekun qərar qəbul edəcək. Qərar mayın 28-də bayram günü elan olunacaq. Qalib gələn ilk üç yerin sahibi İsmayıllı rayon Gənclər və İdman İdarəsinin diplomları və qiymətli hədiyyələri ilə təltif ediləcək.
Keçidlər