Şriftin ölçüsü :

Saytın rəngi :

Akademik Zərifə xanım Əliyevanın anadan olmasının 93 illiyi çox böyük məhəbbət, dərin səmimiyyətlə qeyd olundu.

28 aprel 2016 | 16:00

28 aprel 2016-cı il tarixdə Heydər Əliyev Mərkəzində Rayonun ictimai fəallarının,ziyalılarının, həkimlərin iştirakı ilə Zərifə xanım Əliyevanın anadan olmasının  93 illiyi təntənə ilə qeyd olundu.
Tədbirdə Zərifə xanıma həsr olunmuş film nümayiş etdirildi. Sonra rayon mərkəzi xəstəxanası baş həkiminin müavini İsrayıl İsmayılov akademik Zərifə Əliyevanın həyatı, elmi- ictimai fəaliyyəti barədə məruzə etdi.
Rayon icra hakimiyyətinin başçısı professor Mirdaməd Sadıqov Zərifə xanıma dərin hörmət və ehtiramla zəngin olan çıxışında tanınmış oftalmoloq, mərhəmətli həkim, göz xəstəliklərinin müalicəsi üzrə bənzərsiz mütəxəsis, böyük ziyalı, dəyanətli ömür-gün yoldaşı, ləyaqətli xanım, ölkə üçün nümunəvi ana kimi onu xarakterzə etdi.
RMX-nın baş həkimi Aydın Əsədov, Ailə və uşaqlara dəstək mərkəzinin direktoru Lətifə Əliyeva, pediyator Məhruzə Hüseynova və İvanovka İnzibati Ərazi dairəsi üzrə nümayəndə Olqa Jabina akademik, sevimli ana, Azərbaycan qadınına xanımlıq nümunəsi olan Zərifə Əliyeva haqqında böyük məhəbbətlə, dərin səmimiyyətlə danışdılar.
YAP rayon təşkilatının sədri Əzizə Vahabova Zərifə xanım Əliyevanın Azərbaycan səhiyyəsinin, onun çox vacib sahəsi olan oftalmologiyanın inkişafındakı, ümummilli lider Heydər Əliyevin böyük fəaliyyətinə dayaq olmasındakı xidmətlərindən danışdı.
Tədbir Mərkəzin foesində konser proqramı ilə sona çatdı. Zərifə xanımın 93 illiyi ilə əlaqədar keçirilmiş rəsm və inşa müsabiqəsinin qaliblərinə diplomlar təqdim olundu.

Keçidlər