Şriftin ölçüsü :

Saytın rəngi :

Gənc Təsərrüfatçılar Məktəbinin növbəti dərsi

26 noyabr 2015 | 16:00

26 noyabr 2015-ci il tarixində İsmayıllı rayon Heydər Əliyev Mərkəzində “ Gənc Təsərrüfatçılar Məktəbi”nin növbəti dərsi oldu.
“Heyvəndarlıq” və “Əkinçilik” qrupları üzrə dərslər fermer təsərrüfatının qurulmasına aid filmin nümayişi ilə başladı. Sonra İsmayıllı Dövlət Humanitar və Texnologiya Kolecinin müəllimi Nail Bayramov “Əkinçiliyin elmi əsasları”, kollecin digər müəllimi Faiq Məmmədov “Ət və Süd məhsullarının əsas xammalı və onların xüsusiyyətləri (qoyun cinsləri, qaramal cinsləri)”, Bitki Mühafizə Mərkəzinin rəisi Akif Əsədov “Payızlıq taxılın səpilməsi və onlara qulluq” mövzusunda mühazirə söylədilər. Mühazirələrdən sonra dinləyicilərlə mütəxəsislər sualları cavablandırıb.

Keçidlər