Şriftin ölçüsü :

Saytın rəngi :

İsmayıllıda YAP-ın yaranmasının 23-ci ildönümü qeyd edildi

20 noyabr 2015 | 16:00

20 noyabr 2015-ci il tarixdə İsmayıllı rayon Heydər Əliyev Mərkəzində YAP-ın yaranmasının 23-cü il dönümü qeyd edilib. Tədbirdə RİHB-nin müavinləri ,YAP fəalları və ictimayətin nümayəndələri iştirak ediblər.Tədbir ilk olaraq Dövlət himninin səslənməsi ilə başlanıb.
    YAP-ın yaranmasının 23-cü ildönümü ilə əlaqədar tədbiri giriş sözü ilə açan RİHB-nin birinci müavini Rövşən Ağayev milli taleyimizin təminatçısı, bütün varlığı ilə xalqı üçün çalışan Heydər Əliyevin partiya yaradıcılığından, iqtisadi təfəkkürünün Azərbaycana gətirdiyi bəhrələrdən ətraflı bəhs edib. Ümummilli liderin  siyasətinə  sədaqət göstərilərək idarə olunan İsmayıllının Prezident İlham Əliyevin qayğısının nəticəsi  olaraq sürətlə inkişaf etdiyindən danışıb.
         YAP İsmayıllı rayon təşkilatının  aparat rəhbəri Anar Nəbiyev məruzə ilə çıxış edərək YAP-ın ölkəmizin sosial-iqtisadi, ictimai-siyasi həyatındakı rolundan danışıb.Qeyd edib ki, Partiyanın ölkənin idarə etməyə qadir olan alternativsiz siyasi qüvvə kimi qəbul olunması da məhz ulu öndər Heydər Əliyev ideyalarına söykənir.
     Məruzə ətrafında İsmayıllı şəhər İƏD üzrə nümayəndə Məhərrəm Əhmədov, partiya veteranı Valeh Salehov, YAP rayon təşkilatı qadınlar şurasının sədri Xuraman Qurbanova, YAP rayon gənclər təşkilatının sədri  Şəhla Qafarova çıxış ediblər.
Sonada  partiyanın fəal üzvülərindən bir qrupuna fəxri fərmanlar, partiyaya  yeni üzv olan gənclərə isə partya biletləri təqdim olundu.

Keçidlər