Yanvar ayının 25-də İsmayıllı Rayon İcra Hakimiyyətində şəhid Famil Əhmədzadənin atası Ağaəhməd Əhmədovun 70 illik yubleyi qeyd olunub.
Rayon İcra Hakimiyyətinin başçısı və əməkdaşları bu dəfə Kürdmaşı, Qubaxəlilli və Xəlilli kəndlərində yaşayan qazilərimizi evlərində ziyarət ediblər.
Yanvar ayının 19-u səhər saatlarından başlayan sulu qar sonradan qarla müşahidə olunub. Yağan qarın qalınlığı 30-40 santimetrə çatıb. İsmayıllı rayonunda qarın yağması özünəməxsus gözəllik yaradıb. Meşələrinin qarlı mənzərəsi də göz oxşayır.
Bütün respublika ərazisində olduğu kimi İsmayıllı rayonunda da 20 Yanvar anım günü kimi qeyd olunub.
Din xadimləri şəhidlərin xatirəsinə xütbə oxuyub, dualar ediblər. Sonra ziyarətçilər məzarlara qərənfillər düzüb, vətənimiz, dövlətçiliyimiz, müstəqilliyimiz uğrunda şəhid olanlara Allahdan rəhmət diləyiblər.
İsmayıllı Rayonun Mərkəzi xəstəxanasında əhalinin peyvənd olunması işlərinə başlanıldı.
Əməkdar elm xadimi, İqtisad Universitetinin prorektoru, Azərbaycan təhsilində öz sözünü demiş, hər kəsin sevimlisi tanınmış dövlət xadimi, professor, İsmayıllı rayonun sabiq İcra başçısı Sadıqov Mirdaməd Mirsadıq oğlu dünyasını dəyişib.
İsmayıllı rayonunun Sumağallı kəndində yeni ümumtəhsil məktəbi binasının tikintisi ilə bağlı tədbirlər haqqında 31.07.2020-ci il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə məktəb sökülərək yenisi inşa olunur.
“Böyük qayıdış başlayır, bütün işlərə start verildi. Əminəm, necə ki, düşməni qısa müddət ərzində torpaqlarımızdan qovduq, - cəmi 44 gün ərzində, - bizim tarixi dədə-baba torpağımız olan Qarabağı da qısa müddətdə bərpa edəcəyik”, - deyə, Azərbaycan Prezidenti vurğulayıb.